Millilik və dünyəvilik dövlətin ümumi təhsil siyasətinin əsas prinsipləri sırasına salınır

7 İyul, 2026 - 11:24
Millilik və dünyəvilik dövlətin ümumi təhsil siyasətinin əsas prinsipləri sırasına salınır

Millilik və dünyəvilik ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri sırasına daxil edilir.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ümumi təhsil haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, millilik və dünyəvilik - milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi ümumi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri sırasında yer alacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.