"MindMath" intellektual yarışı uğurla yekunlaşıb
"PathtoMath Həvəskar Riyaziyyatçılar Klubu" tərəfindən təşkil olunan breyn-rinq formatlı "MindMath" intellektual yarışı uğurla yekunlaşıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, yarışda 3 nəfərlik komandalar iştirak edərək dünyagörüşü, analitik düşüncə və sürətli qərarvermə bacarıqlarını nümayiş etdiriblər. Texniki riyazi suallardan fərqli olaraq, bu layihə daha çox məntiqi düşünmə və zehni çeviklik tələb edən suallara əsaslanıb.
Yarışın nəticələrinə əsasən, ən yüksək bal toplamış 3 komanda qalib elan olunub və mükafatlarla təltif edilib.



