Mingəçevir-Yevlax hidroqovşağında parazitoloji tədqiqatlar aparılıb

7 Oktyabr, 2026 - 12:32
Mingəçevir-Yevlax hidroqovşağında parazitoloji tədqiqatlar aparılıb

ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun Parazitologiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Simuzər Mamedova və elmi işçi biologiya üzrə fəlsəfə doktoru Nuranə Hacıyeva 28 sentyabr – 2 oktyabr tarixlərində Mingəçevir və Yevlax rayonlarında elmi ekspedisiyada olublar.

"Azərbaycan müəllimi" xəbər verir ki, ekspedisiyanın əsas məqsədi Mingəçevir-Yevlax hidroqovşağında məskunlaşan müxtəlif növ su onurğalılarının bağırsaq və qan parazitlərinin növ tərkibinin müəyyənləşdirilməsi üçün çöl-tədqiqat materiallarının toplanması olub.

Tədqiqatlar çərçivəsində həm Kür çayının sahillərində, həm də çaydan müəyyən məsafədə yerləşən antropogen landşaftlarda – meliorativ kanal və arxlar boyunca yerləşən su hövzələrində, bataqlıqlarda müşahidələr aparılıb. Tədqiqat materiallarının bir hissəsi parazitoloji müayinələrin aparılması məqsədilə müvafiq metodikalar əsasında yarılaraq bioloji nümunələr götürülüb. Digər heyvanlardan hematoloji və parazitoloji tədqiqatların aparılması üçün qan və fekal nümunələr götürüldükdən sonra heyvanlar təbii mühitə buraxılıb.

Mingəçevir-Yevlax hidroqovşağında parazitoloji tədqiqatlar aparılıb
Mingəçevir-Yevlax hidroqovşağında parazitoloji tədqiqatlar aparılıb