MİQ-də iştirak etmək istəyənlərin nəzərinə: qeydiyyat başlayır

20 May, 2025 - 17:33
MİQ-də iştirak etmək istəyənlərin nəzərinə: qeydiyyat başlayır
MİQ-də iştirak etmək istəyənlərin nəzərinə: qeydiyyat başlayır

2025-2026-cı tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir. 

“Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqə üzrə qeydiyyat 22 may saat 11:00-dan 29 may saat 11:00-dək davam edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər “Digital Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.

Daha ətraflı məlumat üçün müsabiqəyə dair sual-cavabla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:

https://miq.edu.az/faq