MRİO-da güləş üzrə ilk finalçılar müəyyənləşib
Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası keçirilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu gün Azərbaycan Texniki Universitetin idman zalında Respublikanın müxtəlif şəhər və rayonlarından 168 güləşçi mübarizə aparıb. Yarışın ilk günündə sərbəst güləş üzrə 38, 44, 52, 62 və 75 kq-da finalçılar müəyyənləşib.
38 kq
Nihad Qarayev (Lənkəran) - Məhəmməd Həsənli (Sumqayıt)
44 kq
Lətif Hüseynzadə (Qobustan) - Abbas Hüsüzadə (Qax, ROİL)
52 kq
Əli Rəcəbov (Gəncə,Təhsil-1) - Nadim Allahyarov (Qobustan)
62 kq
Hüseyn Rəhimli (Qəbələ) - İsmayıl Əlizadə (Gəncə,Təhsil-1)
75 kq
İbrahim Məmmədov (Ağstafa) - Elvin Qurbanlı (ROİL).




