Təcrübələrini yazıya çevirənlər: “Müəllimin pedaqoji gündəliyi”nin iştirakçıları bir arada

30 İyul, 2026 - 09:35
Təcrübələrini yazıya çevirənlər:

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) və "Azərbaycan müəllimi" qəzetinin birgə təşkilatçılığı ilə 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş "Müəllimin pedaqoji gündəliyi: Təcrübədən məqaləyə" adlı seminar keçirilib.

Seminar  AGMA və "Azərbaycan müəllimi" qəzetinin birgə layihəsi olan "Müəllimin pedaqoji gündəliyi" layihəsinin iştirakçılarını bir araya gətirib. Tədbirdə Bakı şəhəri ilə yanaşı, respublikanın müxtəlif şəhər və rayonlarından gələn müəllimlər iştirak ediblər. İştirakçılar məktəbəqədər təhsil, ümumi təhsil, orta ixtisas, peşə təhsili və ali təhsil müəssisələrini təmsil edərək layihənin ölkənin bütün təhsil pillələrini əhatə edən geniş auditoriyaya malik olduğunu nümayiş etdiriblər.

Seminarın əsas məqsədi müəllimlərin pedaqoji təcrübələrini elmi və publisistik yazı prinsiplərinə uyğun şəkildə məqaləyə çevirmək bacarıqlarını inkişaf etdirmək, müəlliflik mədəniyyətini formalaşdırmaq, yazının planlaşdırılması və təqdim olunması üzrə praktiki biliklər qazandırmaq, eyni zamanda süni intellekt alətlərindən etik və səmərəli istifadə bacarıqlarını gücləndirmək olub.

Tədbirdə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini, Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorunun müdiri Ayla Həsənova-Məmmədova, Media ilə iş sektorunun müdiri Billurə Hacızadə, "Azərbaycan müəllimi"nin baş redaktoru Sarvan İbrahimov, redaktor müavini Çingiz Səfərli, layihə iştirakçısı olan müəllimlər iştirak ediblər.

Müəllim öz təcrübəsini niyə hamı ilə bölüşməsin?

AGMA sədri Pərvinə Qədimova layihə barədə məlumat verib. “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan İbrahimov və baş redaktorun müavini Çingiz Səfərlinin təşəbbüsü ilə ərsəyə gələn layihənin uğurla icra edildiyini deyib: “Müəllim öz təcrübəsini niyə hamı ilə bölüşməsin?!”, - deyən təşkilat sədri əlavə edib ki,  iştirakçıların əsasən ümumtəhsil müəssisələrinin müəllimlərinin olmasına baxmayaraq, məktəbəqədər və peşə təhsili müəssisəsində çalışan müəllimlər, o cümlədər Qarabağ Universitetinin müəllimi də bu layihəyə qoşulublar.  
 
Müəllimi araşdırmaçı kimi yetişdirən layihə

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini, Rəqəmsal  kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorunun müdiri Ayla Həsənova-Məmmədova sinif otağından cəmiyyətə açılmağın sadə yollarından birinin yazmaq olduğunu deyib. O, yazmağın bir sıra üstün keyfiyyətlərini xatırladaraq “Müəllim nə üçün yazmalıdır?”, - sualına müəllimlərlə birlikdə cavab tapmağa çalışıb. Yazı bacarıqlarını artıran layihənin başlıca məqsədlərindən biri müəllimin araşdırmaçı kimi yetişməsi olduğunu deyib.

Pedaqoji təcrübənin kommunikasiya gücü

Media ilə iş sektorunun müdiri Billurə Hacızadə müəllimləri fəal müzakirələrə dəvət edərək onların müəllim kimi təcrübələrinə diqqət çəkib. Bu təcrübəni paylaşmağın əhəmiyyətini xüsusi vurğulayıb. Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ərəfəsində belə bir layihənin reallaşmasını xüsusi qeyd edib. Müəllimin cəmiyyətdəki rolunu vurğulayaraq onun seçdiyi ünsiyyət metodunu şagirdin heç vaxt unutmadığını bildirib, pedaqoji təcrübənin kommunikasiya gücünə diqqət çəkib.

Müəllimlər pedaqoji yazılar yazsın

“Azərbaycan müəllimi” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Sarvan İbrahimov müəllimdən müəllifə çevrilməyin sadə yollarından danışıb. Pedaqoji yazının mediada yeri və uğurlu məqalənin sirrinə diqqət çəkərək bu təşəbbüsün ortaya çıxma səbəblərinə toxunub. Qəzet redaksiyasına ünvanlanan pedaqoji yazıların son vaxtlar  azaldığını söyləyib. O, müəllimlərin diqqətini yenidən pedaqoji yazılar yazmağa cəlb etməyin layihənin əsas məqsədi olduğunu da deyib.

Yazılarda süni intellekdən səmərəli istifadə edilsin

Azərbaycan Respublikasının Təhsil İnstitutunun şöbə müdiri Səbinə Balayeva süni intellektdən etik və səmərəli istifadə etməklə məqalə hazırlamağın yollarından danışıb. Bu imkandan sinifdə də istifadə etməyin faydalarına toxunub. 

Tədbirin sonunda müəllimlərə sertifikatlar təqdim edilib. Sertifikat alan müəllimlər öz təəssüratlarını bölüşüblər.

“Heç danışmayan, özünə qapanan uşaqları fəallaşdırdım”

Elvin Məmmədov Salyan rayonundakı Kolanı kənd ümumi orta məktəbin müəllimidir: “İbtidai sinif müəllimi kimi öz fəaliyyətimdə yeniliklər etdim. Oxumayan, həvəssiz uşaqları dərsə cəlb etdim. Oynayaraq öyrənmək metodunu tətbiq edərək hətta inklüziv sinifdə yaxşı nəticələrə imza atdım. Əqli geriliyi olan, autizmli uşaqları təhsil almağa həvəsləndirdim. Heç danışmayan, özünə qapanan uşaqları fəallaşdırdım. Öz təcrübəmi bu layihə çərçivəsində yazıb onu bütün ölkənin müəllimləri ilə paylaşdım. Mən 6 ildir müəlliməm, onun 4 ilində bu metoddan istifadə etmişəm və nəticəmlə qürur duyuram”.

3 nömrəli Xüsusi Ümumi Təhsil Məktəbinin müəllimi Gülnar Mirzəyeva “Azərbaycan müəllimi”nə layihədə iştirakından danışıb. İbtidai siniflərdə tədris aparan müəllim layihədə fərqlənənlərdən biridir: “Layihə barədə məlumat alan kimi iştirak barədə düşündüm. Müəllimlərin təcrübələrini bölüşmələri elə iştirak deməkdir. Mən də öz təcrübəmi bölüşmək istədim, çünki xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək olmaq, onların inkişafını sürətləndirmək müəllim kimi borclarımızdan biridir. İnklüzivlik məktəblərimizdə əsas tələblərdəndir. Bununla yanaşı, siniflərlə bərabər inteqrasiya sinifləri də yaradılır. Məhz xüsusi qayğıya ehtiyacı olan uşaqlarımızın təhsil alacağı həmin siniflərdə irəli sürdüyüm metodlar çox işə yarayacaq. “Yaxın inkişaf zonası” adlandırılan bu nəzəriyyə müəllimlərimizin köməyinə çatacaq”.

Dərsdə təcrübəsi ilə məşhurlaşdı, metodunu müəllimlərlə paylaşdı

Vüsalə Əliyevanı ictimaiyyətə “Azərbaycan müəllimi” tanıdıb. Dərsindən hazırladığı videonu yayaraq müəllimin təcrübəsini hələ layihədən əvvəl məşhurlaşdırıb: “Biologiya dərsində ürəkdən keçən qanı göstərən təcrübə barədə öz sosial şəbəkə hesablarımızda paylaşmışdım. Axşam evə gedəndə gördüm televizorda göstərirlər”.

Beləliklə, ona layihə başlayanda təcrübəsini məqalə şəklində paylaşmaq qalıb. Yevlax şəhərindəki 9 nömrəli tam orta məktəbin “Biologiya” müəllimi, 5 nömrəli tam orta məktəbin metodistidir: “Azərbaycan müəllimi” qəzetini və sosial şəbəkə hesablarını izlədiyim üçün dərhal xəbər tutdum. Metodist kimi müəllimlərimizlə, həmkarlarımla paylaşmaqla yanaşı, öz təcrübəmi bölüşməyi də düşündüm. Layihə boyunca paylaşımlardan müəllimlərin geniş istifadə etdiklərini görəndə daha da həvəsləndim. Adımın qrupa əlavə olunmağından inanılmaz dərəcədə motivasiya aldım”.

Şəmkir rayon Sahib Əliyev adına Ağlavaşlı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi və metodisti Aysel Rüstəmova 2 məqalə verib: “Öz təcrübəmdən yazdığım 2 məqalə vermişəm. Onlardan biri artıq çap olunub. 15 ildir müəlliməm. Fəaliyyətimin ilk illərində çətinliklər yaşayırdım. Məqaləm yenicə müəllimlik fəalyyətinə başlayanlar üçün xüsusilə maraqlı olacaq. Məhz bir müəllimin qarşısına çıxan çətinliklərin öhdəsindən necə gələ biləcəyindən yazmışam. Öz araşdırmalarım və onların nəticəsindən ibarət olan məqalələrimin oxucu üçün maraqlı olacağını düşünürəm”.

Balakən rayonunda ibtidai sinif müəllimi işləyən Ramazan Məmmədov 4 ildir ki, pedaqoji fəaliyyətlə məşğuldur. İnteqrasiya təlimli internat tipli gimnaziyanın müəllimi həm də robototexnika mentorudur: “Robototexnika yarışlarında mentor kimi öz komandamla iştirak edirəm. Sertifikatlaşdırma imtahanından 56 bal topladım. Bu nailiyyətlərimin arasında valideynlərlə iş də var. Boşuna deyilməyib ki, ilk müəllim valideyndir. Ona görə də valideynlərlə sıx-sıx görüşdüm, onları təlimlərə cəlb etdim. Mümkün qədər onlarla əməkdaşlıq etdim. Onlara seminarlar keçirdim. Rəqəmsal təhlükəsizlik önəmlidir. Valideynlərin rəqəmsal nəzarəti, uşaqlarla düzgün ünsiyyətin qurulması ilə bağlı təcrüblərimi məqaləmdə əks etdirdim”.

Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər:
Təcrübələrini yazıya çevirənlər: