Müəllimlər qəzaya düşüb, biri vəfat edib
İyunun 11-də saat 10:30 radələrində Bakı-Qazax-Gürcüstan magistralının 392-ci kilometrliyində baş vermiş yol qəzası nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, dünyasını dəyişən şəxs Şəmkir rayonu Şahin Əmirov adına Dəllər Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin təsviri incəsənət müəllimi Həqiqət İsmayılovadır. Yol-nəqliyyat hadisəsində xəsarət alan digər şəxs isə rus dili müəllimi Şəbnəm Hüseynovadır.


