Müəllimlərin orta aylıq əməkhaqqı açıqlandı

19 İyun, 2025 - 12:25
Müəllimlərin orta aylıq əməkhaqqı açıqlandı
Müəllimlərin orta aylıq əməkhaqqı açıqlandı

2024-2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər və ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin orta aylıq əməkhaqqı açıqlanıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, 2024-2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 1065 manat, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əməkhaqqı 648 manat təşkil edib.