Musiqi üzrə qabiliyyət imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ!
Musiqi sənəti istiqamətinin 20, 21, 24, 25, 26, 27, 28, 29, 30, 36, 73 və 75-ci qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçən abituriyentlər (subbakalavrlar) buraxılış vərəqlərini buradan çap edə bilərlər.
DİM-dən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, imtahanlar 1 - 11 iyul tarixinədə Bakı şəhəri, Bülbül adına orta ixtisas musiqi məktəbində keçiriləcək. Faktiki yaşayış yerlərini şəxsi kabinetlərində Naxçıvan Muxtar Respublikasının ərazisini qeyd edən 20, 21, 25, 28, 73 və 75-ci komissiyalar üzrə qeydiyyatdan keçmiş abituriyentlərin (subbakalavrların) qabiliyyət imtahanları 13-14 iyul tarixlərində Naxçıvan şəhəri Naxçıvan Dövlət Universitetində keçiriləcək.
Musiqi müəllimliyi (32 və 33-cü komissiya) ixtisası üzrə qeydiyyatdan keçən abituriyentlərin qabiliyyət imtahanları 16-17 iyul tarixlərində keçiriləcək. Bu komissiya üzrə qeydiyyatdan keçən abituriyentlər(subbakalavrlar) buraxılış vərəqləri imtahana 5 gün qalmış çap edə biləcəklər.
Abituriyentlər imtahana gələrkən aşağıdakı sənədləri özləri ilə gətirməlidirlər:
Şəxsiyyəti təsdiq edən sənədin əsli;
Qabiliyyət imtahanına buraxılış vərəqəsini;
Təsdiq olunmuş proqramı (30 komissiya-Musiqişünaslıq ixtisası istisna olmaqla).
Proqramda qeyd olunan əsərlərin imtahan zamanı dəyişdirilməsinə icazə verilmir. İmtahanda dəyişdirilən əsərə görə abituriyentin(subbakalavrın) nəticəsi həmin əsər üzrə 0 balla qiymətləndiriləcək
Abituriyentləri müşayiət edəcək konsertmeysterlər https://eservices.dim.gov.az/wpfqab/ linkə daxil olaraq qeydiyyatdan keçməli və buraxılış vərəqini çap etməlidir. Buraxılış vərəqi olmayan konsertmeysterlər imahan binasına buraxılmayacaq.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.
Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə ediləcək.




