Naxçıvan Dövlət Universitetinə yüksək balla qəbul olanların sayı artıb
“2021-ci tədris ilində 600–700 bal intervalında nəticə göstərərək Naxçıvan Dövlət Universitetini seçən tələbələrin sayı cəmi 12 nəfər idi. 2025–2026-cı tədris ilində isə bu göstərici 152-yə yüksəlib".
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Naxçıvan Televiziyasında yayımlanan “Aktual ekran” verilişində NDU - nun rektoru Elbrus İsayev danışıb.
O bildirib ki, artıq Prezident təqaüdünə layiq görülən gənclər də ali təhsil seçimində Naxçıvan Dövlət Universitetinə üstünlük verirlər: “Bu, universitetimizin inkişafının və cəmiyyətin bizə olan etimadının göstəricisidir. Bu il həmin rəqəmin daha da artacağını gözləyirik. Əminik ki, universitetdə yaradılmış müasir təhsil imkanları, beynəlxalq əməkdaşlıqlar və yeni inkişaf istiqamətləri yüksək nəticə göstərən abituriyentlərin Naxçıvan Dövlət Universitetinə marağını daha da artıracaq”.




