Naxçıvan məktəblərindəki 84 vakant yer üzrə sənəd qəbuluna başlanılıb

3 Dekabr, 2024 - 15:25

Bu gündən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakanat psixoloq, kitabxana müdiri, kitabxanaçı və katib-makinaçı vəzifələri üzrə sənəd qəbuluna başlanılıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən "Azərbaycan müəllimi" nə verilən məlumata görə, təhsil müəssisələrində tədris-köməkçi heyət üçün keçirilən müsabiqəyə 84 vakant yer çıxarılıb. Müsabiqəyə psixoloq vəzifəsi üzrə 50, kitabxana müdiri və  kitabxanaçı vəzifəsi üzrə 25,  katib-makinaçı vəzifələri üzrə isə 9 olmaqla ümumilikdə 84 vəzifə çıxarılıb.