Naxçıvan məktəblilərinin buraxılış imtahanlarının nəticələri 29 faiz artıb

10 İyun, 2025 - 10:44

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 27-də keçirilən buraxılış imtahanında yüksək nəticə göstərən Naxçıvan məktəblilərinin sayı artıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, imtahanda 250-300 bal aralığında nəticə göstərən şagirdlərin sayı ötən illə müqayisədə 29 faiz çoxalıb.

İmtahanda Muxtar Respublikanın ümumtəhsil müəssisələrindən 188 şagird 250-300 intervalında bal toplayıb.
Qeyd edək ki, 2023-2024-cü tədris ilində  belə şagirdlərin sayı 146 nəfər idi.