Naxçıvanda 7 yaşlı məktəbli kanalda bataraq həyatını itirib

7 İyun, 2026 - 11:44
Naxçıvanda 7 yaşlı məktəbli kanalda bataraq həyatını itirib

2019-cu il təvəllüdlü Qurbanov Elmir Cahangir oğlu kənd ərazisində velosiped sürərkən ehtiyatsızlıqdan su kanalına düşüb.

"Azərbaycan müəllimi" xəbər verir ki, aparılan axtarış tədbirləri zamanı sudan çıxarılan uşaq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edilib ki, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin I sinif şagirdi olan Elmir ötən gün itkin düşüb.