Qəbələdə infotur və geniş tərkibli forum təşkil olunub

5 İyun, 2026 - 18:27
Qəbələdə infotur və geniş tərkibli forum təşkil olunub

İyunun 5-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsilində keyfiyyətin idarə olunmasına doğru: daxili keyfiyyət təminatının formalaşması” mövzusunda forum keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdən öncə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində infotur təşkil edilib. Forum iştirakçıları sözügedən Mərkəzin fəaliyyəti ilə tanış olublar.

Forumda ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və TKTA fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Forumda açılış nitqi ilə çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov son illərdə ölkəmizdə peşə təhsilinə olan münasibətin müsbət mənada dəyişməsini təqdirəlayiq hal kimi qiymətləndirərək, dünya təcrübəsinə əsaslanmaqla peşə təhsilinin daha inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Peşə təhsilinin sənaye üçün vacibliyini qeyd edən İdarə Heyətinin sədri, həmçinin bu sahənin yerli kadrların yetişdirilməsində önəmli rol oynadığını bildirib. Eyni zamanda Tural Əhmədov peşə təhsilinin inkişafı üçün qarşılıqlı əlaqələrin və ünsiyyətin vacibliyini qeyd edib.

Daha sonra çıxış edən Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Hasil Abbasov peşə təhsilinin ölkə iqtisadiyyatına təsirindən bəhs edərək sözügedən sahəyə münasibət və hörmətin artırılmasının vacibliyini vurğulayıb. DMA-nın peşə hazırlıq kursları haqqında məlumat verən Hasil Abbasov peşə təhsili ilə bağlı müvafiq təcrübələrini bölüşüb.

TKTA-nın şöbə müdiri Samir Quliyev çıxış edərək təhsil müəssisələrində daxili və xarici keyfiyyət təminatı barədə danışaraq keyfiyyət təminatının qarşılıqlı etimad və güvənə dayanan bir proses olduğunu qeyd edib. O, həmçinin daxili keyfiyyət təminatı sistemlərinin formalaşdırılması zamanı əsas şərtlər haqqında danışaraq keyfiyyət təminatının əsas məqsədləri və keyfiyyət mədəniyyətinin prinsipləri barədə forum iştirakçılarını məlumatlandırıb.

Sonda çıxış edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev sözügedən təhsil müəssisəsinin daxili keyfiyyət təminatı haqqında təqdimat edərək, forumun təşkili üçün minnətdarlığını bildirib.

Məlumat üçün bildiririk ki, forumun əsas məqsədi peşə təhsil müəssisələrində institusional idarəetmənin təkmilləşdirilməsi, daxili keyfiyyət təminatı sisteminin formalaşdırılması və keyfiyyət mədəniyyətinin təşviq edilməsidir.

Forumda ölkənin peşə təhsil müəssisələrinin direktorları, keyfiyyət təminatı üzrə mütəxəssis və ixtisas fənn müəllimlərinin iştirak ediblər.