LDU-da I Türkoloji Qurultayın keçirilməsinin 100 illiyinə həsr olunmuş “Dəyirmi masa” keçirilib

5 İyun, 2026 - 15:37
LDU-da I Türkoloji Qurultayın keçirilməsinin 100 illiyinə həsr olunmuş “Dəyirmi masa” keçirilib

Lənkəran Dövlət Universitetinin (LDU) Filologiya və ibtidai təhsil fakültəsində I Türkoloji Qurultayın keçirilməsinin 100 illiyinə həsr olunmuş “Dəyirmi masa” keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, "Dəyirmi masa"nı Filologiya və ibtidai təhsil fakültəsinin dekanı dos.Elman Mirzəyev açaraq qurultayı ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisə adlandırıb, qurultayın 100 illiyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamından danışıb.

LDU-nun Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri dos. Qədim Rufullayev “I Türkoloji Qurultayda folklor məsələləri”, kafedranın dosenti Əlirza Əliyev “I Türkoloji Qurultayda əlifba, imla-orfoqrafiya və ədəbi dil məsələləri”, Xarici dillər kafedrasının müdiri, baş müəllim Haşım Əkbərov “I Türkoloji Qurultay və müqayisəli türkoloji dilçilik məsələləri” mövzusunda məruzə ediblər.

Məruzə ətrafında keçirilən diskussiyada fikir mübadiləsi edilib, təklif və rəylər dinlənilib, gənc alimlər arasında I Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Ən yaxşı məqalə” müsabiqəsinin qalibləri elan olunub.