Naxçıvanda “Autizmi hiss et” adlı aksiya keçirilib

13 İyul, 2026 - 10:10
Naxçıvanda “Autizmi hiss et” adlı aksiya keçirilib

Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial  Müdafiəsi  Nazirliyi, Naxçıvan Muxtar  Respublikasının  Ailə,  Qadın  və  Uşaq Problemləri  üzrə  Dövlət  Komitəsi, “Regional  İnkişaf” İctimai  Birliyi  və  “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Autizmi hiss et” adlı aksiya keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, “Saat  Meydanı”  Kompleksində  təşkil  olunan  aksiyanın  rəsmi  hissəsində  iştirakçıları salamlayan “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyinin təsisçisi və sədri Ayaz Seyidli tədbirin autizm haqqında ictimai maarifləndirmənin artırılması və inklüziv cəmiyyətin formalaşdırılması  baxımından  əhəmiyyətindən  bəhs  edib.  

Naxçıvan  Muxtar  Respublikası  Ailə,  Qadın  və  Uşaq  Problemləri  üzrə  Dövlət Komitəsinin  əməkdaşı  Elsun  Cahangirli  Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulu Asip Kaya və  Naxçıvan  Muxtar  Respublikasının  Ali Məclisinin  deputatı  Üzeyir  Məmmədov  autizmli  şəxslərə  qarşı  cəmiyyətin həssaslığının  artırılmasının,  onların  cəmiyyətə  inteqrasiyasının  dəstəklənməsinin  inklüziv  mühitin təşviqinə  yönəlmiş təşəbbüslərin  əhəmiyyətini  vurğulayıblar. 

Aksiyanın  bədii  hissəsində  autizmli  və  digər  uşaqların  iştirakı  ilə  musiqi,  rəqs  və müxtəlif  yaradıcılıq  nömrələri  təqdim  olunub.  Bununla  yanaşı,  autizmli  uşaqların hazırladıqları rəsm və əl işlərindən ibarət sərgi nümayiş etdirilərək ziyarətçilərə onların yaradıcılıq nümunələri ilə yaxından tanış olmaq imkanı yaradılıb.

Aksiya  çərçivəsində  iştirakçılar VR  (virtual  reallıq)  texnologiyası  vasitəsilə  autizmli uşaqların  gündəlik  həyatda  qarşılaşdıqları  çətinlikləri  əks  etdirən  xüsusi  təcrübədə iştirak  edib,  autizm  mövzusunda  maarifləndirici  guşələrdə  məlumatlandırıcı materiallarla tanış olublar. Eyni zamanda, autizmli uşaqlara və onların ailələrinə dəstək mesajlarının yazıldığı xüsusi lövhə, həmçinin inklüzivlik mövzusunda hazırlanmış foto zona fəaliyyət göstərib.
Aksiyanın  təşkilinə  “Regional  İnkişaf”  İctimai  Birliyinin  könüllüləri  yaxından  dəstək göstəriblər.
Qeyd  edək  ki,  aksiyanın əsas  məqsədi  autizm haqqında  ictimai maarifləndirmənin artırılması,  autizmli  şəxslərə  qarşı  cəmiyyətdə  anlayış  və  empatiya  hissinin gücləndirilməsi,  inklüzivliyin  təşviqi  və  autizmli  uşaqların  cəmiyyətə  inteqrasiyasına dəstək göstərilməsi olub.

Naxçıvanda “Autizmi hiss et” adlı aksiya keçirilib
Naxçıvanda “Autizmi hiss et” adlı aksiya keçirilib
Naxçıvanda “Autizmi hiss et” adlı aksiya keçirilib
Naxçıvanda “Autizmi hiss et” adlı aksiya keçirilib
Naxçıvanda “Autizmi hiss et” adlı aksiya keçirilib