Naxçıvanda yeni imtahan mərkəzləri yaradılacaq
Naxçıvanda yeni imtahan mərkəzləri yaradılacaq.
“Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövrü ilə bağlı keçirilən brifinqdə təhsil naziri Elxan Nəcəfov məlumat verib.
O bildirib ki, təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsinin test imtahanları Naxçıvan şəhər 4, 10 və 11 nömrəli tam orta məktəblərdə, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.



