Nazir: 91 408 müəllimin əməkhaqqısına əlavələr edilib

30 İyun, 2026 - 10:11
Nazir: 91 408 müəllimin əməkhaqqısına əlavələr edilib

Yüksək nəticə göstərmiş 30 590 müəllimin əməkhaqqısına 35 faiz əlavə edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Nazirin sözlərinə görə, son 15 ildə hər 5 müəllimdən biri yeni işə qəbul olunmuş müəllimdir:

“2022–2026-cı illər üzrə təşkil olunmuş imtahanlarda 104 435 müəllim iştirak edib. Uğur qazanmış 60 818 müəllimin əməkhaqqısına 10 faiz əlavə edilib”.

Nazir bildirib ki, ümumilikdə 91 408 müəllimin əməkhaqqısına əlavələr edilib.

Hər iki cəhddə uğur qazana bilməyən 9 334 müəllimin əmək müqaviləsinə xitam verilib.