Nazir: Maaş yanaşmaları ilə bağlı yeniliklər olacaq
“Sertifikasiya Azərbaycan təhsili üçün müsbət addım idi. Demək olar ki, ibtidai sinfə gedən şagirdlərin hamısına sertifikatlaşdırmadan keçən müəllimlər dərs keçirlər”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.
Nazirin sözlərinə görə, təhsilin keyfiyyətli olmağını istəyiriksə, müəllimlərdən də yüksək tələblər gözləməliyik: “Yaxın günlərdə ARTİ tərəfindən serfifikatlaşdırmanın növbəti dövriyyəsi haqqında məlumat veriləcək. Suallarda daha çox oxu bacarıqlarına diqqət yetiriləcək. Həmçinin maaş yanaşmaları ilə bağlı da yeniliklər olacaq, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.




