Nazir: Oxu bacarıqlarına diqqətimiz artmalı və bu diqqət ibtidai təhsilə yönəlməlidir

8 Sentyabr, 2026 - 22:52
Nazir: Oxu bacarıqlarına diqqətimiz artmalı və bu diqqət ibtidai təhsilə yönəlməlidir

“Bizim oxu bacarıqlarına diqqətimiz artmalıdır və bu diqqət ibtidai təhsilə yönəlməlidir. Biz birdən-birə 8, 9-cu sinifdə oxuyan, 14-15 yaşlı şagirdin oxu bacarığını inkişaf etdirməyə daha çox çətinlik çəkirik, nəinki ibtidai təhsildə. Ona görə ibtidai təhsil bizim fokusumuz olmaqda davam edəcək”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” verilişində söyləyib.

Nazir əlavə edib ki, ibtidai sinif və dil müəllimlərinin oxu bacarığına da diqqət artmalıdır: 

“Biz zəif yerlərimizi çox yaxşı başa düşürük. PISA bizə başa düşməyə kömək edir ki, harada bizim nailiyyətlərimiz yüksək, harada aşağıdır. Bir qayda olaraq, nailiyyətlərimizin aşağı olduğu yerlərə fokus olmalıyıq. Növbəti dövrdə çalışmalıyıq ki, orada da müəyyən təkmilləşmə, müəyyən uğur əldə edərək nəticələrimizi bir az yaxşılaşdıraq”.