Nazir: PISA-ya ətraf mühit savadlılığının ölçülməsini təklif etmişik
"Azərbaycan PISA tədqiqatlarına ətraf mühit savadlılığının ölçülməsini təklif edib".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivilanın açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, noyabrda COP 29 çərçivəsində Azərbaycanda keçiriləcək elm və təhsil nazirlərinin görüşündə də bu məsələ müzakirə ediləcək.
"PISA-da oxu, riyaziyyat və təbiət elmləri ilə yanaşı ətraf mühit savadlılığının da ölçülməsi bəşəriyyət üçün əlavə dəyər yaradan bir təşəbbüs olacaq. Belə bir təşəbbüsdə iştirak etməkdən məmnunuq"
Nazir əlavə edib ki, həmçinin ölkəmizdə QS Beynəlxalq Reytinq şirkəti ilə böyük bir görüşün keçirilməsi də nəzərdə tutulur. Bu görüşün də ətraf mühitlə bağlı problemlərin həllinə öz töhfəsini verəcəyinə inanırıq.


