Nazir: Rüşvət iddialarının hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasının tərəfdarıyıq

10 Dekabr, 2024 - 13:45

“Məktəblərdə valideylərdən pulların yığılması ilə bağlı ayrı-ayrı hallarda şikayətlər olur. Bu şikayətlər araşdırılır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. 

Nazir bu halların baş verməsini yolverilməz sayıb:

"Təhsil sistemi böyükdür, il ərzində 4400 məktəbin bir neçəsində belə hal aşkarlanır. Biz də bunları araşdırır, onlarla mübarizə aparır və bunun yolverilməz olduğunu bildiririk. Amma rüşvətlə bağlı səslənən iddiaların hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasının və günahkarların cəzalandırılmasının tərəfdarıyıq”. 

E.Əmrullayev hesab edir ki, bəzi hallarda hansısa müəllimin və ya məktəb direktorunun əməlinin bütün məktəblərə şamil olunması da düzgün deyil: “Ən azından belə ümumiləşdirmə məntiqli deyil”.