Nazir: SABAH çərçivəsində doktorantura təhsili alanlara yüksək təqaüd veriləcək

14 Sentyabr, 2026 - 15:38
Nazir: SABAH çərçivəsində doktorantura təhsili alanlara yüksək təqaüd veriləcək

SABAH proqramı 19 universitetdə 46 ixtisası əhatə edir və bu ildən SABAH tədris əsaslı doktorantura ilk dəfə başlayır.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında məlumat verib. 

Nazir bildirib ki, SABAH proqramı olan ali məktəblərin sayı 13-dən 19-a, ixtisasları sayı isə 33-dən 46-ya yüksəldilib: “2026-2027-ci tədris ilində tələbə kvota 2620-yə artırılıb ki, ötən il bu say 2484 idi”.

Emin Əmrullayev həmçinin qeyd edib ki, SABAH proqramı çərçivəsində doktorantura təhsili alanlar ali məkəblərdə elmi-pedaqoji fəaliyyət imkanı əldə edəcəklər və yüksək təqaüd alacaqlar.