Nazirlik vətəndaşları anket sorğusunda iştirak etməyə dəvət edir

23 Noyabr, 2024 - 12:44

Elm və Təhsil Nazirliyi vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədilə anket sorğusu keçirir. 

"Azərbaycan müəllimi" xəbər verir ki, sorğu vasitəsilə vətəndaşlar göstərilən xidmətlər barədə rəy və təkliflərini paylaşa bilərlər. 

Toplanan fikirlər nazirlik tərəfindən xidmətlərin təkmilləşdirilməsi üçün istifadə olunacaq.

Sorğuda iştirak etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

https://app.anket.edu.az/user/92