? Müəllimlərin çoxu 1000 manat və daha yuxarı əməkhaqqı alır
Hazırda müəllimlərin təxminən 35%-i 1000 manat və daha yuxarı əməkhaqqı alır.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, ölkədə 497 nəfər (0,4 faiz) müəllim 2000 və daha yuxarı əməkhaqqı alır. 5 208 (4 faiz) nəfər müəllimin aldığı əməkhaqqının məbləği 1500-2000 manatdır. Müəllimlərin 36 165 (30 faiz) nəfərinə 1000-1500 manat, 55 793 (48 faiz) nəfərinə 500-1000 manat, 20 438 (17 faiz) nəfərinə 500 manata qədər əməkhaqqı verilir.
Nazir əlavə edib ki, ən yüksək maaş alan müəllimlərin orta dərs saatı 33, ən aşağı alanların isə 8-dir.



