NDU məzunu 3 nüfuzlu universitetdən qəbul təklifi alıb

21 May, 2026 - 17:34
NDU məzunu 3 nüfuzlu universitetdən qəbul təklifi alıb

Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” (tədrisi ingilis dilində) ixtisası üzrə ilk məzunlarından olan Tuncay Ələkbərov magistratura təhsili üzrə dünyanın nüfuzlu ali təhsil müəssisələrindən qəbul təklifi alıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, universitetin ilk ingilisdilli tələbə məzunu Tuncay Ələkbərov eyni vaxtda üç nüfuzlu ali təhsil müəssisəsindən qəbul təklifi ilə bağlı məktub alaraq beynəlxalq səviyyədə diqqətçəkən nəticə əldə edib.

Gənc məzun ABŞ-nin Kaliforniya Universitetinin iqtisadiyyat üzrə magistr proqramına, Böyük Britaniyanın Edinburq Universitetinin Riyazi iqtisadiyyat və ekonometrika üzrə magistr proqramına, eləcə də Mançester Universitetinin iqtisadiyyat üzrə magistr proqramına qəbul olub.
Qeyd edək ki, hazırda o, NDU-nun Satınalma və təchizat sektorunun mütəxəssisi kimi fəaliyyət göstərir.