NDU-nun “Enactus” komandası Azərbaycan çempionu olub

28 Avqust, 2026 - 18:25
NDU-nun “Enactus” komandası Azərbaycan çempionu olub

Naxçıvan Dövlət Universitetinin “Enactus” komandası 2026-cı il “Enactus Azərbaycan” Milli Yarışının qalibi olub.

Bu barədə "Azərbaycan müəllimi"nə NDU-dan məlumat verilib.

Bildirilib ki, bu, NDU komandasının “Enactus” üzrə 6-cı çempionluğudur.

Yarışda uğur qazanan komanda növbəti mərhələdə Azərbaycanı “Enactus World Cup 2026”-da təmsil edəcək. Dünya Kuboku bu il Braziliyada keçiriləcək.

NDU-nun “Enactus” komandası tələbələrin innovativ ideyalarının dəstəklənməsi, layihələrin reallaşdırılması və beynəlxalq təcrübənin təşviqi istiqamətində yaradılan imkanlardan yararlanaraq növbəti böyük uğura imza atıb.