Naxçıvanda XI sinif şagirdləri üçün qiymətləndirmə monitorinqi keçirilib
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən noyabrın 1- də şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə XI siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq tədris ilinin buraxılış qiymətləndirmə monitorinqi keçirilib.
Nazirliyin mətbuat xidmətindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, monitorinqdə 4 minə yaxın şagird iştirak edib.
Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunub.




