“Necə mükafat qazanan tədqiqatçı olunur?” mövzusunda vebinar keçirilib

30 Aprel, 2025 - 10:45
“Necə mükafat qazanan tədqiqatçı olunur?” mövzusunda vebinar keçirilib
“Necə mükafat qazanan tədqiqatçı olunur?” mövzusunda vebinar keçirilib
“Necə mükafat qazanan tədqiqatçı olunur?” mövzusunda vebinar keçirilib

29 aprel tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə “Elsevier” şirkəti arasında əməkdaşlıq çərçivəsində “Necə mükafat qazanan tədqiqatçı olmaq olar?” mövzusunda növbəti vebinar təşkil olunub. 

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə ölkənin müxtəlif elm və təhsil müəssisələrini təmsil edən gənc tədqiqatçılar və elmi fəaliyyətlə məşğul olan şəxslər olmaqla, 200-dən çox iştirakçı yer alıb.

Üç əsas istiqamət üzrə keçirilən vebinarda iştirakçılara aşağıdakı mövzularda məlumat verilib:

•⁠  ⁠Elmi biliklərin gücləndirilməsi: Elmi düşüncə tərzinin inkişafı, effektiv araşdırma metodları və sahəyə dair aktual yanaşmalar;

•⁠  ⁠Elmi nəticələrin dərc olunması: Nüfuzlu elmi jurnallarda dərc olunmaq üçün strateji yanaşmalar;

•⁠  ⁠Akademik görünürlüyün artırılması: Tədqiqatçıların beynəlxalq elmi məkanda tanınması yolları.

Vebinar çərçivəsində iştirakçılara praktiki nümunələr təqdim olunub, sonda isə sual-cavab sessiyası keçirilib.