Nepalda məktəb avtobusu qəzaya uğrayıb
Nepalın mərkəzində yerləşən Poxara şəhərində məktəb avtobusunun yoldan çıxaraq yamacdan aşması nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb.
"Azərbaycan müəllimi" xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərdən 4-ü məktəbli, biri isə şagirdlərdən birinin valideynidir.
Polisin məlumatına görə, cümə günü səhər saatlarında Kalika məktəbinə məxsus avtobus yoldan çıxaraq təxminən 150-200 metr aşağıya yuvarlanıb.
Yaralananlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Xilasetmə əməliyyatı zamanı bir polis əməkdaşı da sürüşərək xəsarət alıb.
Hadisənin səbəbləri araşdırılır.




