Braziliyada təyyarə uşaq bağçasının həyətinə düşüb
Braziliyanın Kampu Verde şəhərində kənd təsərrüfatı təyyarəsi uşaq bağçasının həyətinə düşüb.
"Azərbaycan müəllimi" "TV Real SBT"yə istinadən xəbər verir ki, hadisə zamanı bağçada 1–6 yaş arası 183 uşaq olub, onların heç biri xəsarət almayıb.
Təyyarə bağçanın oyun meydançasının yaxınlığına düşüb. Hadisə yerinə gələn yanğınsöndürənlər partlayış təhlükəsinin olmadığını bildiriblər.
Qəza nəticəsində xəsarət alan pilot təcili tibbi yardım vasitəsilə şəhər xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olmadığı qeyd edilib.
Təyyarənin bağçadan bir kilometr məsafədə yerləşən hava limanından uçduğu, qəzanın səbəblərinin isə araşdırılacağı bildirilib.




