Reklam lövhələrindən elmə çağırış: Çindən maraqlı təşəbbüs

2 Noyabr, 2026 - 20:35
Reklam lövhələrindən elmə çağırış:

Çində nəhəng rəqəmsal reklam lövhələrində məşhurların iştirak etdiyi ənənəvi reklamların əvəzinə ölkənin elmi və texnoloji inkişafına töhfə vermiş alimlərin portretləri nümayiş etdirilir. 

“Azərbaycan müəllimi” xarici mediaya istinadən xəbər verir ki, təşəbbüs uşaqları elmə həvəsləndirmək məqsədi daşıyır.

Kampaniya 2026-cı ilin avqust ayının sonlarında Şandun əyalətində başlayıb, daha sonra Çjençjou, Hançjou və Çuntsin də daxil olmaqla digər şəhərlərə yayılıb.

Lövhələrdə raket texnologiyaları üzrə alim Tsyan Syuesen (Qian Xuesen), kənd təsərrüfatı üzrə alim Yuan Lunpin (Yuan Longping), farmakoloq Tu Yuyu (Tu Youyou) və nüvə fiziki Den Szyasyanın (Deng Jiaxian) portretləri yer alır.

Bu lövhələr internetdə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Təşəbbüs Çində elmi tədqiqatları, qabaqcıl istehsalı və texnoloji rəqabət qabiliyyətini gücləndirmək səyləri fonunda elmi nailiyyətləri önə çıxarmağa yönəlmiş daha geniş fəaliyyətin bir hissəsidir.