ABŞ-də məktəbdə atışma olub – Ölən və yaralananlar var

16 Oktyabr, 2026 - 11:20
ABŞ-də məktəbdə atışma olub – Ölən və yaralananlar var

ABŞ-nin Oreqon ştatında ibtidai məktəbdə baş verən atışma nəticəsində üç şagird və bir müəllim ölüb, daha iki nəfər ağır yaralanıb. 

"Azərbaycan müəllimi" xəbər verir ki, hadisə Bend şəhərindəki "Silver Rail" ibtidai məktəbində baş verib. Həlak olan uşaqların 5, 8 və 11 yaşlarında olduğu bildirilir. Ağır yaralananlar 7 yaşlı şagird və 54 yaşlı şəxsdir.

Polisin məlumatına görə, silahlı şəxs bağlı qapılara atəş açaraq məktəbə daxil olub və binanın içərisində atəş açmağa davam edib. Yerli vətəndaş tərəfindən zərərsizləşdirilib.

Məktəbdə cümə günü dərslər və dərsdənkənar fəaliyyətlər ləğv edilib. ABŞ Federal Təhqiqat Bürosu hadisənin araşdırılmasında yerli hüquq-mühafizə orqanlarına kömək edir.