Estoniyada şagirdlərə silahla atəş açmağı öyrədirlər – Yeni layihə
Estoniya Müdafiə Resursları Agentliyi bu il səkkizinci sinif şagirdlərini də əhatə edən milli müdafiə təhsili layihəsinə başlayıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu tədris ilində təxminən 20 məktəbdə əsas təhsilin son mərhələsində şagirdlərə milli müdafiə sahəsində daha əhatəli təlimlər təklif olunur.
Layihənin əsas məqsədi Estoniyanın bütün məktəblərində səkkizinci siniflər üçün milli müdafiə mövzusunda inteqrasiya olunmuş tədrisin tətbiq edilməsidir.
Layihədə üçün nəzərdə tutulmuş proqram müxtəlif fəaliyyətləri əhatə edir. Bunlara milli müdafiə mövzusunda viktorinalar, Müdafiə Qüvvələrinin bölmələrinə ekskursiyalar, eləcə də pnevmatik silahla atəş açma təlimləri daxildir.
Müdafiə Resursları Agentliyinin Milli Müdafiə Təhsili Bürosunun rəhbəri qeyd edib ki, bu təşəbbüs Estoniyada atıcılıq idmanına marağı olan istedadlı idmançıların sayının artmasına kömək edə bilər. Eyni zamanda, gənclər milli müdafiə sahəsində vəzifələrə daha erkən yaşdan müəyyən qədər hazırlaşmış olacaqlar.




