Türkiyə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək

5 Noyabr, 2026 - 10:11
Türkiyə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək

Türkiyənin Milli Təhsil Nazirliyi (MEB) şagird və tələbələrin təhsil nəticələrini, bacarıq səviyyəsini məktəb əsaslı monitorinq sistemi vasitəsilə qiymətləndirməyi planlaşdırır.

“Azərbaycan müəllimi” xəbər verir ki, qapalı və açıq tipli suallardan ibarət monitorinq sistemi türk dili, riyaziyyat və elm fənləri üzrə qiymətləndirmə aparacaq.
Nazirlik qiymətləndirmə proseslərində informasiya və kommunikasiya texnologiyalarından fəal şəkildə istifadə edəcək, süni intellekt açıq tipli sualların cavablarının qiymətləndirilməsində tətbiq olunacaq.
Türk dilinin düzgün və təsirli istifadəsinin təşviqi məqsədilə oxu, yazı, dinləmə və danışıq kimi dörd əsas dil bacarığı üzrə səriştəni ölçən qiymətləndirmə alətləri də hazırlanacaq.
Şagirdlərin qiymətləndirilməsinin müasirləşdirilməsi çərçivəsində “Akademik Bacarıqların İzlənməsi və Qiymətləndirilməsi” (ABIDE) tədqiqatı "e-ABIDE" adı altında elektron formada aparılacaq.