ABŞ xarici tələbələrin azalmasına görə 3,4 milyard dollar gəlir itirə bilər

17 Noyabr, 2026 - 10:43
ABŞ xarici tələbələrin azalmasına görə 3,4 milyard dollar gəlir itirə bilər

2026-cı ildə ABŞ-dəki universitetlərə daxil olan xarici tələbələrin sayı keçən ilə nisbətən 15% azalıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, Beynəlxalq Təhsil Xadimləri Assosiasiyasının qiymətləndirməsinə görə, xarici tələbələrin sayının azalması səbəbindən ABŞ universitetləri və kollecləri təxminən 3,4 milyard dollar gəlir itirəcək. Bu isə 40 min iş yerinin ixtisar olunmasına gətirib çıxaracaq.

Mövcud məlumatlara görə, Boston Universiteti artıq əməkdaşlarının ixtisar olunacağını elan edib. Pensilvaniya Ştat Universiteti və Şimali Texas Universiteti isə xərcləri azaltmağa və bəzi təhsil proqramlarını bağlamağa məcbur olub.

Məryəm Tarverdiyeva