Nəhəng qara dəliklərin toqquşması yaxınlaşır
Astronomlar kosmosun dərinliklərində, Yerdən 12,5 milyard işıq ili uzaqlıqda yerləşən bir qalaktikada eyni vaxtda maddə udan üç superkütləli qara dəlik aşkar ediblər.
"Azərbaycan müəllimi" xəbər verir ki, Maks Plank adına Yerüstü Fizika İnstitutu tərəfindən yayımlanan xəbərə görə, bu qara dəliklərdən ikisi bir-birinə o qədər yaxındır ki, kosmik zaman baxımından çox qısa müddətdə toqquşaraq vahid bir super-nəhəng qara dəliyə çevriləcəklər. Onlardan sadəcə birinin kütləsi bizim Günəşdən tam 80 milyon dəfə böyükdür.
Kainatın bu inanılmaz reaksiyası kosmos aləmində böyük həyəcana səbəb olub. Tədqiqatçılar bu hadisənin kainatın ilk yaranma illərində qalaktikaların necə formalaşdığını başa düşmək üçün unikal şans olduğunu bildirirlər.




