Nəşr göstəricilərinin təhlili ilə bağlı təlim keçiriləcək

28 Yanvar, 2026 - 14:58
Nəşr göstəricilərinin təhlili ilə bağlı təlim keçiriləcək

"Scopus" platforması üzrə "Təşkilatların nəşr göstəricilərinin təhlili" mövzusunda onlayn təlim təşkil olunacaq.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. 

Təlimdə "Scopus"da yer alan “Təşkilat Profilləri”nin idarə edilməsi və təşkilatların elmi nəşr fəaliyyətinin təhlili imkanları ətraflı formada təqdim ediləcək. İştirakçılara Scopus vasitəsilə təşkilatın elmi fəaliyyətinin qiymətləndirilməsi üzrə əsas göstəricilərin yoxlanılması üsulları izah olunacaq.

Təlimdə təhlil olunacaq mövzular aşağıdakılardır.
• Nəşr və istinad trendləri;
• "Open Access" (açıq əlyetərli) nəşrlərin göstəriciləri;
• Dayanıqlı İnkişaf Məqsədləri (SDG) ilə uyğunluq;
• Müəllif profillərinin idarəolunması;
• Kollaborativ məqalə nəşri üzrə əməkdaşlıq;
• Ən çox nəşr olunan jurnallar;
• Təşkilat adlarının yenilənməsi və fərqli ad variantlarının birləşdirilməsi.
Təlimçi: Saide Sak – Müştəri uğuru üzrə menecer, Elsevier
Tarix: 29 yanvar 2026-cı il saat 14:00
Dil: Türk dili

Təlimdə iştirak üçün qeydiyyat linki: https://elsevier.zoom.us/.../WN_jAh0j5m0T7KqmM2K-0ruGw