Redaktorun seçimi

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinə qeydiyyat davam edir

Azərbaycan alimlərinin "Scopus"da dərc etdiyi nəşrlərin sayı 40% artıb

Azərbaycanın beynəlxalq qiymətləndirmələrdə iştirakı artıb - HESABAT

Dövlət büdcəsindən elm və təhsilə ayrılan xərclər artıb

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri BANM-də olublar

UNEC-də “İş yeri axtarma, iş yeri yarat!” adlı təlim keçirilib

AzMİU-nun 50 illik yubileyi ərəfəsində növbəti seminar keçirilib

“Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində təltifetmə keçirilib

SABAH qruplarından bu günədək 7 minə yaxın tələbə məzun olub
.jpeg)
Beynəlxalq ikili diplom proqramlarına qəbul olan tələbələrin sayı açıqlanıb
Pedaqoji yazılar

Kornel metodu öyrənməyi öyrədir

Ev tapşırığı sinifdə həll edilir

Süni intellekt inqilabında işçilərin bacarıqlarının gücləndirilməsi

Düzgün səviyyədə tədris: Livan üçün ümidverici təhsil yanaşması

Görülməyəcək işlərin siyahısı da vacibdir
Tarixi məlumatlara görə, Leonardo da Vinçinin görüləcək işlər siyahısına Milanın və ətraf ərazilərin ölçülərinin hesablanması, timsah çənəsinin təsviri, Tomas Edisonun siyahısına süni fil sümüyü yaratmaq, uzun məsafəli standart telefon ötürücüsü dizayn etmək kimi məsələlər daxil idi.Yəni görüləcək işlərin siyahısının tutulması əsrlər boyu istifadə olunan texnikadır.Bu texnika vaxta qənaət etməyin, iş yaddaşını təmizləməyin ən yaxşı üsulu sayılır. Uğur qazanmaq üçün təhsilalanlara verilən tövsiyələrdən biri də edilməli işlərin siyahısının (to do list) tutulmasıdır. “Azərbaycan məktəbi” bu mövzu ilə bağlı tövsiyələrə bir neçə dəfə toxunub. Bugünkü yazımız isə həm edilməli, həm də edilməməli işlərin siyahısının (not-to-do list) hazırlanması ilə bağlıdır.Əslində, belə bir universal “not-to-do list” amerikalı sahibkar və şəxsi inkişaf üzrə təlimçi Tim Ferrissin kitablarında təqdim olunub.Tim Ferriss indiyədək 40-dan artıq dilə tərcümə olunmuş “4 saatlıq iş həftəsi” kitabı (The 4-Hour Work Week: Escape 9-5, Live Anywhere, and Join the New Rich) sayəsində tanınır.Tim Ferrissin kitab və podkastları daha çox iş adamları üçün nəzərdə tutulsa da, təhsildə uğur qazanmaq istəyənlər də bunlardan yararlana bilər.Ferrissin tövsiyələrindən bəziləri aşağıdakılardır:Tanımadığınız nömrələrdən gələn zənglərə cavab verməyin. Həm bu zənglərə ayrılan vaxt, həm də danışıqdan sonra yayınmış diqqətin bərpası vaxt itkisidir.Axşam yatmazdan əvvəl və səhər oyanan kimi e-poçtunuzu yoxlamayın. Yatmazdan əvvəl e-poçtla işləmək beyni məlumat və emosiyalarla "yükləyə" və yuxusuzluğa səbəb ola bilər. Səhər e-məktublara verilən cavablar və reaksiyalar günlük planlarınızı dəyişə bilər. E-poçtunuzu daim yoxlamayın, adətən, təcili mesajlar üçün mesencerdən istifadə olunur. Məktubları oxumaq və onlara cavab vermək üçün ayrıca vaxt blokları ayırmaq daha yaxşıdır. Məsələn, məktublara gündə iki dəfə - saat 10 və 16-da cavab verməyi vərdiş halına salın.Dərsə başlamazdan öncə telefonu ya söndürün, ya da kənara qoyun. Ekranda görünən hər işıltı və ya səs sizin fikrinizi toplamağınaza mane olacaq.Konkret mövzu və tarix göstərilməyən görüşlərə razılaşmayın. Hansısa mövzu ilə bağlı tədbirlərə qatılanda müzakirə üçün mövzunu və sualların siyahısını əvvəlcədən istəyin. Bu sizə mövzu haqqında düşünməyə və konkret cavablar hazırlamağa imkan yaradar.İnsanların əhəmiyyətsiz səbəblərdən diqqətinizi yayındırmasına icazə verməyin. Bu, dost və həmkarlarınızla qeyri-rəsmi münasibətlərdən imtina etmək demək deyil, həqiqətən məşğul olduğunuz zaman nəzakətlə sərhədlər təyin etmək bacarığıdır. Məsələn, deyin ki, 30 dəqiqə ərzində vacib bir tapşırıq üzərində işləməlisiniz.Həddindən artıq işləməkdən və daimi məşğulluqdan qaçın. Əgər sizin ardıcıl olaraq vaxtınız yoxdursa və bundan şikayətlənirsinizsə, bu, sadəcə olaraq prioritetlərinizin olmadığını göstərir.24/7 “rəqəmsal boyunduruğundan” uzaqlaşmaq, ən azı həftədə bir dəfə özünüzə “rəqəmsal detoks” imkanı vermək olduqca faydalıdır .Bəs təhsilalan, müəllim və ya valideyn özü üçün etməli olmadıqlarının siyahısını necə yarada bilər?Burada əsas məqam odur ki, hansısa yeni fəaliyyət planlaşdırarkən ilk növbədə artıq gördüyümüz işlərin siyahısını yazmalı, sonra bu siyahıdan nələri çıxara biləcəyimizi düşünməliyik. Yalnız bundan sonra görüləcək işlərin siyahısını hazırlamalıyıq.T.Ferrissə görə, yeni şeylər və fəaliyyətlər üçün vaxt tapmağın yalnız üç yolu var: bütün mövcud işləri daha sürətli etmək, daha çox tapşırıq yerinə yetirmək və bəzi şeylərdən imtina etmək.Şəxsi inkişaf mütəxəssislərinin bununla bağlı nə məsləhət verdiyinə baxaq.Edilməli olmayanlar siyahısını yaratmaq üçün mütəxəssislər ilk addım kimi prioritetləri müəyyənləşdirməyi təklif edirlər. Bunun üçün təhsildə, ailə münasibətlərində, sağlamlığın qorunmasında hazırda sizin üçün ən vacib olanları aydınlaşdırın. Sizi vacib işlərdən yayındıran amillərin siyahısını tərtib edin. Bu, sosial şəbəkələr, xəbərlərin izlənməsi, ətrafınızdakılarla mənasız söhbətlər ola bilər.Dəqiq qayda və limitlər müəyyənləşdirin, müəyyənləşdirdiyiniz qaydalara əməl edin.Mütəxəssislər görüləcək işlər siyahısı yaratmaq üçün aşağıdakı addımları tövsiyə edirlər:Məqsədlər və prioritetlər müəyyən etməklə başlayın. Başqa sahələrdə nəyə nail olmaq istədiyinizi və bunun üçün lazım olanları aydınlaşdırın.Məqsədlərinizə çatmaq üçün yerinə yetirilməli olduğunuz tapşırıqları müəyyənləşdirin və buna uyğun plan hazırlayın.Bütün görüləcək işləri yazılı şəkildə qeyd edin. Əl ilə yazmağı sevmirsinizsə, planlaşdırma proqramında və ya smartfondakı “qeydlər” qovluğunda görüləcək işlərin siyahısını yaratmaq mümkündür.Hər bir tapşırığın yerinə yetirilməsi üçün son tarix müəyyənləşdirin. Bu, motivasiyanın yüksək qalmasına kömək edəcək.Tapşırıqlar çox böyük görünürsə, onu daha kiçik tapşırıqlara bölün. Bu onun icrasını asanlaşdıracaq.Adekvatlıq – siyahıya çox tapşırıq əlavə etməməyə çalışın. Həddindən artıq yüklənmiş siyahı motivasiyanın itməsinə səbəb ola bilər.Münasiblik – görüləcək işlər siyahısını müntəzəm yeniləyin, tamamlanmış tapşırıqları silin və yenilərini əlavə edin. Bu, dəyişən şərtlərə uyğunlaşmağa kömək edəcək.İcra - planlaşdırılan işlərin öhdəsindən gəlməyə və tapşırıqları vaxtında yerinə yetirməyə çalışın. Bu, əhvalınızı və özünə inamınızı yaxşılaşdıracaq.Görüləcək işlər siyahısı yaratmaq və effektiv şəkildə idarə etmək təcrübə tələb edən bacarıqdır. Bunun üçün smartfonlardakı proqramlardan yararlanmaq olar. Qurğuya “Görülən işlər siyahısı yaradın” əmrini verin, sonra səsli köməkçi sizə prosesin necə getdiyini göstərəcək. Bu köməkçi hətta “yaxşı işlərin siyahısını tərtib et” və ya “təbiəti qorumağa kömək edəcək işlərin siyahısını tərtib et” kimi tematik tələbləri də yerinə yetirə bilər.T.Ferrissin adı çəkilən kitabı da bu prosesə kömək edə bilər. Həmişə yadda saxlamaq lazımdır ki, həm görüləcək, həm də görülməyəcək işlər siyahısı həyatı və öyrənmə prosesini asanlaşdırmaq üçün lazımdır. Bu siyahıların hər biri təhsilalanlara rahatlıq bəxş edir, ən vacib və əhəmiyyətli işləri xatırlatmaq üçün fürsət yaradır.“Azərbaycan məktəbi” jurnalı
Təhsil TV

Yüklənir
Təhsil TV - Canlı yayım
14 mart, 09:54
Yüklənir
Təhsil gündəliyi- 13.03.2025
Təhsil gündəliyi- 13.03.2025 #TəhsilTV #EduAz #TəhsilGündəliyi.
13 mart, 20:30
Yüklənir
“Nə? Harada? Nə zaman?” – Azərbaycan Çempionatının qalibləri bu universitetin tələbələri oldular
Nə? Harada? Nə zaman?” – Azərbaycan Çempionatının qalibləri bu universitetin tələbələri oldular. #TəhsilTV #EduAz ...
13 mart, 20:15
Yüklənir
“Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin final mərhələsinin II günü
Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin final mərhələsinin II günü. #TəhsilTV #EduAz #SabahınAlimləri ...
13 mart, 20:00
Məktəb və bağçalarda tədrislə bağlı RƏSMİ AÇIQLAMA
Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.Bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.Əlavə edilib ki, mövcud hava şəraiti ilə bağlı ayrı-ayrı məktəblərdə keçirilməsi mümkün olmayan dərslər (müəllimlərin işə gecikməsi səbəbindən və ya şagird davamiyyətinin əsaslı aşağı olduğu hallarda) yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisələri rəhbərlərinin qərarı ilə növbəti günlərdə əlavə dərslərlə əvəz ediləcək.Qeyri-sabit hava şəraiti ilə bağlı müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, təhlükəsizlik qaydalarına nəzarət gücləndirilib.Qeyd edək ki, hava şəraitinə uyğun olaraq regional təhsil idarələri tərəfindən operativ qərarlar qəbul ediləcək.Müşahidə edilən qeyri-sabit hava ilə əlaqədar valideynləri diqqətli olmağa, övladlarını nəzarətdə saxlamağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırırıq.

Xanım rektor: Karyeramda yüksəlməyimə ilk növbədə elmi fəaliyyətim kömək edib – MÜSAHİBƏ

Buraxılış imtahanlarının tarixləri dəyişdirilsinmi?

MİQ-ə hazırlaşanlar üçün önəmli xəbər - Təhsil İnstitutu açıqladı

“Valideyn iclasım var desəm, iş yoldaşlarım gülər” – Atalar məktəbə niyə getmir?

İki fəndən dərs keçən müəllimlərin sertifikatlaşdırılması necə olacaq? – AÇIQLAMA

Martın 10-da hansı günün dərsləri keçiriləcək? – AÇIQLAMA
Qəzetin PDF arxivi



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.