
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) İstanbulda keçirilən “TRT World Forum NEXT 2025” tədbirində təmsil olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, 4SİM-in Layihələrin idarəolunması şöbəsinin rəhbəri Gülminə Məlikzadə "NEXT Biznes: Sənaye 5.0 transformasiyası, çağırışlar, liderlik bacarıqları və strateji yanaşmalar" mövzusunda panel sessiyada çıxış edib.
“TRT NEXT World Forum 2025” Türkiyə Radio və Televiziya Qurumu (TRT) tərəfindən təşkil olunan platformadır. Gənc jurnalistlər, elmi müəssisələr, vətəndaş cəmiyyəti nümayəndələri və startapçıların iştirak etdiyi beynəlxalq forum qlobal problemləri müzakirəsi və birgə həll yollarının tapılması məqsədilə keçirilir. Tədbirə 30 müxtəlif ölkədən spikerlər və 1000-dən çox iştirakçı qatılıb.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər