SDU-nun rektoru yüksək akademik nəticə göstərən tələbələri təltif edib
Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru dosent Rüfət Əzizov oktyabrın 14-də 2023-2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasında fakültələr üzrə ən yüksək akademik nəticələr göstərən tələbə və magistrantlarla görüş keçirib və bu nailiyyətlərinə görə onları təltif edib.
Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, iştirakçılarla səmimi və səmərəli fikir mübadiləsi zamanı rektor SDU-da aparılan islahatlar və yeniliklər haqqında ətraflı məlumat verərək, universitetin strateji hədəflərini və gələcək inkişaf planlarını diqqətə çatdırıb.
Rektor tələbələri yüksək akademik göstəriciləri ilə seçildiklərinə görə təbrik edərək, onların gələcəkdə də bu uğurlarını qoruyub saxlayacaqlarına və daha böyük nailiyyətlər əldə edəcəklərinə əminliyini ifadə edib və vurğulayıb ki, tələbələrin göstərdiyi yüksək nəticələr yalnız universitetin deyil, bütövlükdə ölkənin gələcəyi üçün vacibdir. Görüş zamanı SDU-nun təhsildə və tədqiqat sahəsində daha böyük uğurlara imza atmağı qarşısına məqsəd qoyduğunu qeyd edən Rüfət Əzizov universitetin əsas missiyasının savadlı və ixtisaslı kadrlar yetişdirmək olduğunu vurğulayıb. SDU-da tələbələr üçün yaradılan müasir təhsil mühiti, innovativ tədris metodları və tələbələrin motivasiyasını artırmaq üçün atılan addımlar barədə məlumat verən rektor xüsusilə, universitetin sənaye ilə əməkdaşlığının genişlənməsinin tələbələrin iş dünyasına daha hazırlıqlı çıxmasına imkan yaradacağını bildirib. Rektor tələbələri elmi-tədqiqat işlərində daha fəal olmağa və universitetdə həyata keçirilən tələbəyönümlü layihələrdə iştirak etməyə dəvət edib. Tələbələrin potensialını ən yüksək səviyyədə inkişaf etdirməyin vacibliyini qeyd edərək, onların həm təhsil, həm də ictimai fəaliyyətlərində uğur qazanacaqlarına inandığını bildirib.
Görüş tələbələr üçün həm motivasiya mənbəyi olub, həm də universitetin onlara təqdim etdiyi imkanları daha yaxşı dərk etməyə şərait yaradıb. Görüşün sonunda 2023-2024- cü tədris ilinin Yaz semestrinin imtahan sessiyasında fakültələr üzrə ən yüksək akademik nəticələr göstərən tələbə və magistrantlar rektor tərəfindən Fəxri fərmanla təltif olunublar.
1 /3
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)