3 dekabr 2024

Bütün xəbərlər
test
18 oktyabr, 15:49
703

Oktyabrın 19-20-də ümumilikdə 13 min tərbiyəçi-müəllim və metodistlərin iştirakı ilə diaqnostik qiymətləndirmə keçiriləcək. Proseslə bağlı “Azərbaycan müəllimi”nin suallarını cavablandıran Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin əməkdaşı Hüseyn Hüseynov proseslə bağlı məlumat verib, edilən müraciətlərlə bağlı məqamlara aydınlıq gətirib.

- Diaqnostik qiymətləndirmə kimlər üçündür? Bu prosesdə iştirak etməmək olarmı?

- Hazırda bağçalarda pedaqoji fəaliyyət ilə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin diaqnostik qiymətləndirilməsi aparılacaq. Onların sayı təxmini 13 min nəfərdir. Əmək, sosial və analıq məzuniyyətlərində olan şəxslər, həmçinin Elm və Təhsil Nazirliyinin təşkil etdiyi mərkəzləşdirilmiş qaydada imtahanlarda iştirak edərək işə qəbul olunanların (son 3 ildə) diaqnostik qiymətləndirmədə iştirakı könüllüdür.

“Pedaqoji heyət bu prosesdə iştirak etməkdə maraqlı olmaldır”

- Cari diaqnostik qiymətləndirmədə iştirak etməyənlər üçün gələcəkdə yenidən diaqnostik qiymətləndirmə aparılacaqmı?

- Diaqnostik qiymətləndirmə bir dəfə təşkil edilir. Pedaqoji heyət bu prosesdə iştirak etməkdə maraqlı olmaldır. Bununla da onlar sertifikatlaşdırma prosesinə daha hazırlıqlı olacaqlar və biz də təlim ehtiyaclarını düzgün müəyyənləşdirə biləcəyik.

- Qiymətləndirmə meyarları geniş, istiqamətlər kifayət qədər əhatəli olacaq. Bəzən elə gəlir ki, indiki pedaqoji heyət bu qədər böyük tələblərə cavab vermək iqtidarında deyil və diaqnostik qiymətləndirmə çox çətin keçəcək…

- Erkən təhsil fərdin yetişməsində, şəxsiyyətin formalaşmasında çox önəmli əhəmiyyətə malikdir. Təhsil sahəsi üzrə daha inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq qeyd edə bilərik ki, orada erkən və məktəbəqədər təhsil fəaliyyəti ilə məşğul olmaq üçün mütləq şəkildə magistr dərəcəsi tələb edilir.  

Ölkəmizdə isə orta ixtisas təhsil səviyyəsi üzrə də təhsil alanlar ixtisas uyğunluğu nəzərə alınmaqla, məktəbəqədər təhsil müəssisələrində çalışa bilirlər.
Diaqnostik qiymətləndirmədə tərbiyəçi-müəllimlərin uşaqlarla işləmək üçün lazım olan bilik, bacarıq, savadı yoxlanılır. Ancaq pedaqoji heyət buna nə qədər hazırdır? Biz məhz bunu müəyyənləşdirmək üçün diaqnostik qiymətləndirmə aparırıq. Biz gələcək nəslin yetişməsində müstəsna rol oynayan erkən təhsilin inkişafından danışırıqsa, məhz tərbiyəçi-müəllimlərin bilik və bacarıqları müasir dövrün tələblərinə uyğun olmalıdır. Bundan irəli gələrək diaqnostik qiymətləndirmənin formatı, mövzusu, məzmunu çərçivə sənədində məhz buna uyğun müəyyən edilib.

Bağçalarda çalışan pedaqoji heyət üçün təlimlər keçirilib

- Hazırda tərbiyəçi-müəllim kimi çalışan heyətin bu qədər böyük tələblərə cavab vermək iqtidarında olub-olmadıqlarını sorğulayarkən onu nəzərə alırıq ki, onların bir qismi sovet təhsil sisteminin, bir qismi keçid dövrünün məzunlarıdır. Çox az hissə var ki, müasir tələblər əsasında tərbiyəçi-müəllim kimi yetişib və işə qəbul edilib. Köhnə təhsil tələbləri ilə yetişən tərbiyəçi-müəllimlərin müasir tələblərə cavab vermələri üçün təlimlər keçirildiyi barədə məlumatımız da var. Maraqlıdır, bu proses hamını əhatə edibmi, yoxsa təlimləndirilməyənlər hələ çoxdur?

- Bu vaxta qədər məktəbəqədər təhsil müəssisələrində çalışanların işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilməyib. Məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildikdən sonra ölkə səviyyəsində ilk dəfə olaraq tərbiyəçi-müəllimlər müsabiqə yolu ilə işə qəbul olunmağa başladılar. Bildiyiniz kimi, işə qəbul müsabiqəsində bağça müəllimlərinin bilik və bacarıqları ilə yanaşı, onların bu vəzifəyə psixoloji, pedaqoji və metodoloji baxımdan uyğunluğu yoxlanılır. Qəbul olunanların da əksəriyyəti son illərdə məktəbəqədər təhsil sahəsi üzrə orta ixtisas və bakalavr səviyyəsində təhsil alanlardır. 

Hazırda bağçalarda çalışan pedaqoji heyət üçün tərəfimizdən həm Bakı şəhərində, həm də regionlarda 2022-ci ildən etibarən canlı və onlayn şəkildə təlimlər keçirilib və davam etməkdədir. Genişmiqyaslı təlimlərdə metodist, tərbiyəçi-müəllimlər, hətta bağça müdirləri iştirak ediblər. 3 il ərzində məktəbəqədər təhsil müəssisələrində çalışan heyət üçün keçirilmiş təlimlərdə 8273 tərbiyəçi-müəllim, 1128 nəfər müdir, 100 nəfər metodist iştirak edib. Rəqəmlərə nəzər yetirsək, bağçalarda çalışan tərbiyəçi-müəllimlərin böyük əksəriyyətinin təlimlərdə iştirak etdiyi aydın olur.

- Təlimlər hamını əhatə edibmi? Onlar sabah keçiriləcək, bütün tərbiyəçi-müəllimləri, metodistləri əhatə edəcək diaqnostik qiymətləndirmədə iştirak etmək üçün hazırdırlarmı? 

- Təlimlərin əsas məqsədi pedaqoji heyətin peşəkar bacarıqlarının təkmilləşdirilməsi və biliyinin artırılması ilə bağlı idi. Diaqnostikanı isə ona görə aparırıq ki, tərbiyəçi-müəllimlərin və metodistlərin faktiki olaraq bilik və bacarıqlarının hansı səviyyədə olduğunu müəyyən edək.  Bundan sonra onların təlim ehtiyacları daha düzgün müəyyənləşdiriləcək, sertifikatlaşdırmaya qədər olan müddətdə onlar təlimlərə cəlb ediləcəklər. Həmin təlimlər də məhz sertifikatlaşdırma prosesinə hazırlığı əhatə etmiş olacaq. 

Bilirsiniz ki, 2026-cı ilin sonunadək sertifikatlaşdırma prosesi başa çatmalıdır. Odur ki, diaqnostik qiymətləndirmənin nəticəsindən asılı olaraq qarşıdakı müddət ərzində tərbiyəçi-müəllimlər və metodistlər təlimlərə cəlb edilərək sertifikatlaşdırma prosesinə hazırlanmalıdır. İlkin mərhələdə keçirilən təlimlər onları diaqnostik qiymətləndirilməyə hazırlamaq yox, bilgilərinin artırılmasına xidmət edirdi, sadəcə təkmilləşdirilmə təlimləri idi.

“İKT bacarıqlarının yüksək səviyyədə olmamasından narahatdırlar”

- Bəs sabah və biri gün diaqnostik qiymətləndirilmədə iştirak edəcək kontingent mənəvi-psixoloji cəhətdən buna hazırdırmı?

- Tərbiyəçi-müəllim və metodistlərlə olan görüşlər və seminarların təhlili onu deməyə əsas verir ki, onların bir qismi qiymətləndirilmə prosesinin mahiyyətindən daha çox İKT bacarıqlarının yüksək səviyyədə olmamasından narahatdırlar. 

Diaqnostik qiymətləndirmə prosesinə psixoloji cəhətdən hazır olmaları üçün həm agentlik, həm də təhsil idarələri tərəfindən tərbiyəçi-müəllim və metodistlərlə görüşlər, seminarlar təşkil edilib, onları maraqlandıran məqamlara aydınlıq gətirilib. Bununla yanaşı 2 dəfə mərkəzləşdirilmiş qaydada onlayn formada sınaqlar təşkil edilib. İştirakçılıq faizi yüksək olub.  Diaqnostik qiymətləndirmədən öncə canlı formada simulyativ sınaq da təşkil edilib. Canlı şəkildə keçirilən bu simulyativ sınaq diaqnostik qiymətləndirmə formatında aparılıb. Bu isə namizədlərin diaqnostik qiymətləndirməyə həm mənəvi-psixoloji, həm də texniki cəhədən hazırlıqlı olmasına müsbət təsir göstərəcək. 

- İndiyədək keçirilən sınaqlardan bəhs etdiniz. Diaqnostikada iştirakı könüllülüyə əsaslanan şəxslər həmin sınaqlara qatılıblarmı?

- İşə yeni qəbul olunanların böyük əksəriyyəti sınaqlara qatılıb, amma analıq məzuniyyətində olanların, yaxud sosial məzuniyyət götürənlərin iştirakçılıq səviyyəsi işə yeni qəbul olunanlara nisbətən az olub.

Qiymətləndirmə nəticələrinin əmək münasibətlərinə təsiri müzakirə mövzusu deyil 


- Diaqnostik qiymətləndirmənin doğurduğu narahatlıqlar da var. Göz önündə ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilmə təcrübəsi olmasına baxmayaraq, məktəbəqədər təhsil müəssisələrində çalışanlar yenə də narahatdır. Onların ən çox narahat olduqları məsələlər nələrdir?

- Qiymətləndirmə zamanı pedaqoji heyət kompüter vasitəsilə sualları cavablandıracaq. İyun ayından etibarən kompüterdən istifadə üzrə bilgiləri zəif olan və buna görə narahatlıq keçirən tərbiyəçi-müəllim və metodistlərlə hazırlıqlar təşkil edilib.  
Bəzi tərbiyəçi-müəllimlər elə düşünürlər ki, diaqnostik qiymətləndirmə onların əmək münasibətlərinə təsir göstərəcək. Halbuki, təqdimatlarda və keçirilən görüşlərdə də bildirmişik ki, qiymətləndirmə nəticələrinin hansısa formada əmək münasibətlərinə təsiri müzakirə mövzusu deyil.

“Namizədlər 4 istiqamət üzrə 60 suala cavab verəcəklər”

- Qiymətləndirmə harada olacaq? Ölkənin hər yeri əhatə olunubmu? Proses necə olacaq?

- Qiymətləndirmə bütün ölkəni əhatə etməklə - Naxçıvan Muxtar Respublikası, Bakı şəhəri və regionlarda olmaqla, 28 mərkəzdə təşkil olunacaq. Bütün mərkəzlərdə seanslar eyni vaxtda başlayıb, eyni vaxtda da bitəcək. 2 gün ərzində 4 seansda 3 dildə - Azərbaycan, rus və gürcü dillərində aparılacaq. Namizədlər bu sınaqda 4 istiqamət üzrə hazırlanmış 60 suala cavab verəcəklər. 120 dəqiqə ərzində məzmun və metodika, təhlükəsizlik, pedaqoji etika və əməkdaşlıq, özünüinkişaf mövzularını əhatə edən sualları cavablandıracaqlar. Qiymətləndirmə zamanı hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq edilir.

- Diaqnostik qiymətləndirməsinə 1 gün qalan şəxslərə verə biləcəyiniz tövsiyə nə olar?

- Tövsiyəmiz budur ki, diaqnostik qiymətləndirilmə üçün təyin olunan vaxtda, təyin olunan yerdə olsunlar. Bütün namizədlərə uğurlar arzu edirik!

Xəbər lenti

3 dekabr, 19:29
12

Özbəkistanda havadan su əldə etmək üçün texnologiya tətbiq ediləcək

3 dekabr, 18:36
16

Rusiya xərçəngə qarşı vaksini 2025-ci ildə sınaqdan keçirəcək

3 dekabr, 16:59
47

Naxçıvanın Təhsil Nazirliyində və rayon təhsil şöbələrində yeni təyinatlar olub

3 dekabr, 16:56
126

Yeni ixtisaslar yaradıldı, bəziləri ləğv olundu – Təfərrüat

3 dekabr, 16:10
14

ADMİU-nun rəssam müəllimləri beynəlxalq müsabiqənin qalibi olublar

3 dekabr, 15:39
18

Arxeoloqlar Antarktidada qədim şəhərin xarabalıqlarını tapıblar

3 dekabr, 15:25
23

Naxçıvan məktəblərindəki 84 vakant yer üzrə sənəd qəbuluna başlanılıb

3 dekabr, 15:21
36

SABAH tələbə-məzun forumu və karyera sərgisi keçirilib

3 dekabr, 14:51
21

Kardiff Universitetinin yeni kəşfindən sonra kimya dərslikləri yenidən yazılmalıdır

3 dekabr, 14:34
24

Kanadada süni intellekt sahəsində uğurlara imza atan azərbaycanlı: "Günahın kimdə olduğu bilinmirdi"

3 dekabr, 14:33
55

Mehriban Vəliyeva: “Psixoloqların da sertifikatlaşdırılması vacibdir”

3 dekabr, 14:24
50

Dərsə maraq oyadan “qarmaq”

3 dekabr, 14:15
120

Naxçıvan Dövlət Universitetinə rektor təyin olunub – SƏRƏNCAM

3 dekabr, 14:00
28

Sağlamlıq imkanları məhdud uşaqların məhdudiyyətsiz təhsil imkanları 

3 dekabr, 13:48
13

Tümen Dövlət Universiteti ilə Botanika İnstitutu arasında memorandum imzalanıb

3 dekabr, 13:01
23

Zəfərin elm və təhsil təntənəsi

3 dekabr, 12:59
56

Füzuli məktəblisi beynəlxalq riyaziyyat olimpiadasında qızıl medal qazandı

3 dekabr, 12:46
44

Gəncənin uşaq rəqs ansamblı Çempionlar Kubokunun qalibi olub

3 dekabr, 12:45
26

Həssas məkan - Uşaq və Ailələrə Dəstək Mərkəzindən REPORTAJ

3 dekabr, 12:43
181

Ali təhsil səviyyələri üzrə ixtisasların yeni Təsnifatı təsdiqlənib

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.