24 noyabr 2024

Bütün xəbərlər
test
21 noyabr, 16:55
13

COP29 tədbirləri çərçivəsində Azərbaycanda səfərdə olan Burkina Fasonun nümayəndə heyəti ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova arasında görüş keçirib. 

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, nümayəndə heyətinə AzMİU-nun məzunu, hidrotexnik və kənd təsərrüfatı mühəndisliyi üzrə mütəxəssis Konate Moussa Dakianous rəhbərlik edib. Hazırda o, Burkina Fasoda fəaliyyət göstərən "Bureau d'Appui-Conseil et d'Ingénierie pour le Développement" (BACIDE) təşkilatının direktorudur.

Görüşdə Konate Moussa Dakianousa AzMİU-da təhsil aldığı dövrdəki qiymət kitabçası və tələbə bileti təqdim olunub. 

Görüş zamanı rektor Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib, bu işlərin dayanıqlı şəhərsalma və ekoloji çağırışlara uyğun şəkildə həyata keçirildiyi vurğulanıb. 

Görüşdə AzMİU-da son 30 il ərzində həyata keçirilmiş mühüm layihələr, universitetin inkişaf dinamikası və regionda mühəndislik təhsilində oynadığı aparıcı rol haqqında fikir mübadiləsi aparılıb. 

Görüşdən sonra nümayəndə heyəti Konate Moussa Dakianousun vaxtilə təhsil aldığı Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinə baş çəkib. Görüş AzMİU-nun beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi və məzunları ilə əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirilir.

1 /7

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/21%20November%202024/3e309600-49cf-44a1-85ba-19742fe8cf45_1732184203673f088bd5daa.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/21%20November%202024/a5e3026d-0c56-4185-8d0f-e8d7a0c47ffe_1732184203673f088bd5ff0.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/21%20November%202024/4a5ad39c-1097-415b-8bda-c15a9ab10816_1732184203673f088bd63f8.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/21%20November%202024/ae35c6ec-aa0b-433a-982b-74eb8bc8d89d_1732184203673f088bd5264.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/21%20November%202024/ee55148e-cec7-4fbf-89fc-ca1815fe5511_1732184203673f088bd6869.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/21%20November%202024/105b6462-823a-4c3a-8a22-456890dc0621_1732184203673f088bd4d3e.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/21%20November%202024/fe5ead5b-758b-4669-95bc-1eabc117ae6c_1732184203673f088b74459.jpg

Xəbər lenti

23 noyabr, 17:22
58

Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir

23 noyabr, 14:48
21

ADPU-da narkomaniya ilə mübarizəyə aid görüş  keçirilib

23 noyabr, 14:45
16

Pakistan nümayəndə heyəti BDU-da olub

23 noyabr, 14:42
47

"Ekranı bağla, həyatı aç" layihəsinə start verilib

23 noyabr, 14:06
16

UNEC ilə Çinin Sichuan Universiteti əməkdaşlıq edəcək

23 noyabr, 12:44
194

Nazirlik vətəndaşları anket sorğusunda iştirak etməyə dəvət edir

23 noyabr, 11:55
23

Naxçıvan Dövlət Universitetinə xaricdən 16 nəfər professor-müəllim dəvət edilib

23 noyabr, 11:11
14

Nadir torpaq metallarının kosmosda  istehsalı real ola bilər

23 noyabr, 09:18
210

“Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinə qeydiyyat davam edir

22 noyabr, 17:33
26

ADNSU-nun startapları COP29-da təqdim edilib

22 noyabr, 15:20
23

Səfir: Azərbaycan Gürcüstandakı soydaşlarımızın təhsili ilə bağlı təşəbbüslərə dəstək verməyə hazırdır

22 noyabr, 15:17
27

Azərbaycan Universitetinin nümayəndə heyəti Polşanın Krakov İqtisadiyyat Universitetində görüşlər keçirib

22 noyabr, 15:11
14

PhET interaktiv simulyasiya platforması Azərbaycan dilinə tərcümə ediləcək

22 noyabr, 14:57
19

“Memarlıq və inşaatda enerji və ətraf mühit texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

22 noyabr, 13:35
110

Velosipedin pedallarından enerji istehsal edilir - Gəncə müəllimləri və tələbələrinin birgə layihəsi

22 noyabr, 13:13
54

Dərnəklərin istedadlı məktəbliləri

22 noyabr, 12:09
66

Şagirdlərimi real dünya problemləri ilə üzləşdirirəm -  Abşeronun gənc informatika müəlllimi

22 noyabr, 11:32
26

Pedaqoji Kollecin inklüziv təhsillə bağlı layihəsi 50,000 manat qrant qazanıb

22 noyabr, 10:32
93

Lənkəran Peşə Təhsil Mərkəzi və Malayziya Beynəlxalq Mədəni Ünsiyyət Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

22 noyabr, 10:26
322

Əminağa Sadıqov: Özəl sektor əqli mülkiyyətə investisiya qoysa, daha çox gəlir əldə edər

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.