22 noyabr 2024

Bütün xəbərlər
test
22 noyabr, 15:20
18

Azərbaycan dövləti Gürcüstandakı soydaşlarımızın təhsil məsələləri ilə bağlı təşəbbüs və layihələrə dəstək verməyə hər zaman hazırdır.

“Azərbaycan müəllimi”  AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Zurab Jvania Dövlət İdarəçilik Məktəbinin direktoru Ketevan Jakeli ilə görüşündə deyib. 

F.Quliyev Azərbaycan-Gürcüstan münasibətlərinin artan xətt üzrə inkişaf etdiyini, xüsusilə təhsil sahəsində aidiyyəti dövlət qurumları arasındakı faydalı əməkdaşlığın töhfələrini diqqətə çatdırıb. Burada yaşayan soydaşlarımızın təhsilinə dəstək məqsədilə Azərbaycan tərəfindən aparılan dövlət siyasəti, təşəbbüslər, eləcə də Gürcüstanda həyata keçirilmiş sosialyönümlü infrastruktur layihələri barədə məlumat verən diplomat tələbələrlə aparılan işin, bu ölkənin ali təhsil müəssisələri ilə mövcud olan təmasların əhəmiyyətini vurğulayıb: “Məlumat mübadiləsi, qarşılıqlı səfərlər, birgə layihələrin hazırlanması və həyata keçirilməsi qarşımızda yeni perspektivlər açır”.

K.Jakeli isə Dövlət İdarəçilik Məktəbinin təhsil proqramları, həmçinin Gürcüstanın müxtəlif bölgələrində yaşayan, eləcə də yerli bələdiyyələrdə fəaliyyət göstərən dövlət qulluqçuları olan soydaşlarımız üçün təşkil edilən təmənnasız dövlət dili təkmilləşdirmə təlimləri, ixtisasyönümlü dil tədrisi, sertifikasiya mərhələləri və dilöyrənmə metodikasına dair tətbiq olunan müasir texnoloji yeniliklər barədə məlumat verib. Rəhbərlik etdiyi qurumun beynəlxalq tərəfdaşlarla aidiyyəti sahələr üzrə əməkdaşlıq münasibətlərindən söz açan K.Jakeli səfirliyin dəstəyi ilə Azərbaycanda fəaliyyət göstərən müvafiq tərəfdaş qurumla əlaqələrin möhkəmləndiriləcəyinə inamını ifadə edib, eyni zamanda, Gürcüstanda birgə layihə və təşəbbüslərin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

Söhbət zamanı birgə həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb, aidiyyəti sahələr üzrə tərəflər arasında əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində əlaqələndirilmiş fəaliyyətin təşkili barədə razılıq əldə olunub.

Xəbər lenti

22 noyabr, 17:33
20

ADNSU-nun startapları COP29-da təqdim edilib

22 noyabr, 15:17
21

Azərbaycan Universitetinin nümayəndə heyəti Polşanın Krakov İqtisadiyyat Universitetində görüşlər keçirib

22 noyabr, 15:11
11

PhET interaktiv simulyasiya platforması Azərbaycan dilinə tərcümə ediləcək

22 noyabr, 14:57
18

“Memarlıq və inşaatda enerji və ətraf mühit texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

22 noyabr, 13:35
79

Velosipedin pedallarından enerji istehsal edilir - Gəncə müəllimləri və tələbələrinin birgə layihəsi

22 noyabr, 13:13
38

Dərnəklərin istedadlı məktəbliləri

22 noyabr, 12:09
54

Şagirdlərimi real dünya problemləri ilə üzləşdirirəm -  Abşeronun gənc informatika müəlllimi

22 noyabr, 11:32
23

Pedaqoji Kollecin inklüziv təhsillə bağlı layihəsi 50,000 manat qrant qazanıb

22 noyabr, 10:32
80

Lənkəran Peşə Təhsil Mərkəzi və Malayziya Beynəlxalq Mədəni Ünsiyyət Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

22 noyabr, 10:26
238

Əminağa Sadıqov: Özəl sektor əqli mülkiyyətə investisiya qoysa, daha çox gəlir əldə edər

22 noyabr, 10:22
11

Məktəbin İnkişaf Planı reallaşdırılan ümumi təhsil müəssisələrində metodik görüşlər davam edir

22 noyabr, 09:21
19

“Dayanıqlı İnkişaf Məqsədləri və universitetlər: beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda tədbir keçirilib

22 noyabr, 09:11
15

GDU-da “COP29: Azərbaycanın dünyaya töhfəsi” mövzusunda tədbir keçirilib

21 noyabr, 18:50
43

BMqT nümayəndəsi: “Azərbaycan iqlim savadlılığına dair mühüm təkliflər irəli sürüb” 

21 noyabr, 18:32
56

COP29 çərçivəsində “İqlim fəaliyyəti üçün qızların səlahiyyətləndirilməsi” mövzusunda tədbir keçirilib

21 noyabr, 17:21
71

Qaranlıq dünyalarına işıq gətirən məktəb – REPORTAJ

21 noyabr, 17:19
17

ADPU ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib

21 noyabr, 17:07
8

“Zəfərimiz əbədidir” adlı regional intellektual yarış keçirilib

21 noyabr, 16:55
13

AzMİU-nun rektoru Burkina Fasonun nümayəndə heyəti ilə görüşüb

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.