22 noyabr 2024

Bütün xəbərlər
test
22 noyabr, 09:21
19

COP29 çərçivəsində Yaşıl zonada Bakı Dövlət Universiteti (BDU) və EkoSfera Ekoloji Sosial Mərkəz İctimai Birliyinin təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri və universitetlər: beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda tədbir keçirilib.

BDU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirin moderatoru, BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yoxsulluq, bərabərsizlik, iqlim dəyişikliyi və keyfiyyətli təhsil kimi qlobal problemləri həll etmək üçün universal bir çağırış olduğunu deyib. O qeyd edib ki, universitetlər təhsil, tədqiqat və əməkdaşlıq yolu ilə bu məqsədlərin inkişafında mühüm rol oynayır.

BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin baş məsləhətçisi Fariz Quliyev, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə çıxışlarında Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında ali təhsil müəssisələrinin rolundan danışıblar. Vurğulanıb ki, dayanıqlı inkişaf, iqlim fəaliyyətləri və qlobal sağlamlıq haqqında kurslar tələbələrə real problemləri həll etmək üçün bilik və bacarıqlar qazandırır. Universitetlər beynəlxalq əməkdaşlıq edir, təcrübələri bölüşür, birgə tədqiqatlar aparır və genişmiqyaslı həll yolları hazırlayır. Birgə tədqiqat təşəbbüsləri bərpaolunan enerji və ya ictimai sağlamlıq kimi məsələləri həll edir. Beynəlxalq əməkdaşlıq vasitəsilə universitetlər innovasiyaları təşviq edir, gələcək liderləri davamlı və ədalətli bir dünya qurmağa hazırlayır.

BDU-nun rektoru Elçin Babayev isə çıxışında universitetlərin ümumi fəaliyyətlərində Dayanıqlı İnkişaf Məqsədlərinin təsirindən danışıb. Tədbirdə iştirak edən müxtəlif universitet nümayəndələrini beynəlxalq reytinqlərdəki uğurlarına görə təbrik edən rektor bildirib ki, bu nailiyyət də son illər ali təhsil müəssisələrinin Dayanıqlı İnkişaf Məqsədlərinə xidmət edən fəaliyyətlərinin nəticələrindən biridir.

1 /5

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/22%20November%202024/fa292902-7735-497e-a40a-906dce69a3f6_1%20(7).jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/22%20November%202024/b2538aeb-969e-43ae-adc5-efdb63084bcd_3%20(3).jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/22%20November%202024/94f2b354-50cc-468d-b02d-0565fc0ddc4e_4%20(4).jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/22%20November%202024/98ae8e1e-ea04-4ffa-a31a-d0a537c3c681_2%20(7).jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/22%20November%202024/ad7935f3-ee6f-4baf-89e9-3192e20ee8df_5%20(4).jpg

Xəbər lenti

22 noyabr, 17:33
20

ADNSU-nun startapları COP29-da təqdim edilib

22 noyabr, 15:20
18

Səfir: Azərbaycan Gürcüstandakı soydaşlarımızın təhsili ilə bağlı təşəbbüslərə dəstək verməyə hazırdır

22 noyabr, 15:17
21

Azərbaycan Universitetinin nümayəndə heyəti Polşanın Krakov İqtisadiyyat Universitetində görüşlər keçirib

22 noyabr, 15:11
11

PhET interaktiv simulyasiya platforması Azərbaycan dilinə tərcümə ediləcək

22 noyabr, 14:57
18

“Memarlıq və inşaatda enerji və ətraf mühit texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

22 noyabr, 13:35
79

Velosipedin pedallarından enerji istehsal edilir - Gəncə müəllimləri və tələbələrinin birgə layihəsi

22 noyabr, 13:13
38

Dərnəklərin istedadlı məktəbliləri

22 noyabr, 12:09
53

Şagirdlərimi real dünya problemləri ilə üzləşdirirəm -  Abşeronun gənc informatika müəlllimi

22 noyabr, 11:32
23

Pedaqoji Kollecin inklüziv təhsillə bağlı layihəsi 50,000 manat qrant qazanıb

22 noyabr, 10:32
80

Lənkəran Peşə Təhsil Mərkəzi və Malayziya Beynəlxalq Mədəni Ünsiyyət Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

22 noyabr, 10:26
235

Əminağa Sadıqov: Özəl sektor əqli mülkiyyətə investisiya qoysa, daha çox gəlir əldə edər

22 noyabr, 10:22
11

Məktəbin İnkişaf Planı reallaşdırılan ümumi təhsil müəssisələrində metodik görüşlər davam edir

22 noyabr, 09:11
15

GDU-da “COP29: Azərbaycanın dünyaya töhfəsi” mövzusunda tədbir keçirilib

21 noyabr, 18:50
43

BMqT nümayəndəsi: “Azərbaycan iqlim savadlılığına dair mühüm təkliflər irəli sürüb” 

21 noyabr, 18:32
56

COP29 çərçivəsində “İqlim fəaliyyəti üçün qızların səlahiyyətləndirilməsi” mövzusunda tədbir keçirilib

21 noyabr, 17:21
71

Qaranlıq dünyalarına işıq gətirən məktəb – REPORTAJ

21 noyabr, 17:19
17

ADPU ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib

21 noyabr, 17:07
8

“Zəfərimiz əbədidir” adlı regional intellektual yarış keçirilib

21 noyabr, 16:55
13

AzMİU-nun rektoru Burkina Fasonun nümayəndə heyəti ilə görüşüb

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.