ADNSU-nun startapları COP29-da təqdim edilib
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Universitetlərdə innovativ mühitin rolu və yaşıl texnologiyalar” adlı panel iclasda təmsil olunub.
Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə məlumat verilib. Bildirilib ki, akademik sahədə yaşıl texnologiyaların genişləndirilməsi məqsədilə keçirilən iclas İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən Elm, Texnologiya və İnnovasiya / Rəqəmsallaşma Günündə təşkil edilib.
Panel iclasda ADNSU-nun Rəqəmsal İnkişaf və İnnovasiyalar Mərkəzinin direktoru dosent Elviz İsmayılov iqlim dəyişikliklərinin elmi aktuallığı, bu sahədə universitetin startap mərkəzində reallaşan startaplar və innovativ layihələrdən danışıb. COP29 çərçivəsində ADNSU-nun komandasının “Yaşıl hidrogen və onun karbon nanoborularda saxlanılması perspektivləri” ideyası sərgidə qonaqlara təqdim edilib.
İclasda, həmçinin agentliyi və müxtəlif universitetlərin nümayəndələrinin məruzələri dinlənilib və geniş müzakirələr aparılıb.
1 /2
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)