Məktəbin İnkişaf Planı reallaşdırılan ümumi təhsil müəssisələrində metodik görüşlər davam edir
2024/2025-ci tədris ili üzrə MİP çərçivəsində məqsəd və hədəflərin reallaşdırılması istiqamətində fəaliyyətlərin həyata keçirilməsi məqsədilə ümumi təhsil müəssisələrində metodik görüşlər davam edir.
Bu barədə “Azərbaycan müəllimi”nə Təhsil İnstitutundan məlumat verilib.
Belə ki, 2024-cü ilin noyabr ayında MİP reallaşdırılan 18, 91, 227, 242, 260, 276 nömrəli tam orta məktəblərdə onlayn və əyani şəkildə metodik görüşlər təşkil edilib. Metodik görüşlərin məqsədi şagird nailiyyətinin yüksəldilməsi istiqamətində müəllimlərin metodiki və pedaqoji bacarıqlarının inkişafını əhatə edib.
Qeyd edək ki, MİP-in 2024/2025-ci tədris ili üzrə istiqamətləri şagird nailiyyəti və məktəbdə öyrədici və dəstəkləyici mühitin inkişaf etdirilməsidir. Bu istiqamətlərə idarəetmə və pedaqoji heyətin peşəkar inkişafı, şagirdlərlə işin təkmilləşdirilməsi, valideynlərlə işin təkmilləşdirilməsinə dair fəaliyyətlər daxildir. Bununla əlaqədar idarəetmə heyəti və müəllimlərin birgə əməkdaşlığı ilə keçirilən metodik görüşlərdə bu istiqamətdə olan mövzular ətrafında müzakirələr aparılıb, həyata keçirilən fəaliyyətlərlə bağlı onların fikir və ideyaları dinlənilib, qarşıya çıxan problemlər və həll yollarına dair onlara tövsiyələr verilib.
MİP çərçivəsində metodik dəstək göstərilən ümumi təhsil müəssisələrində 2024/2025-ci tədris ili üzrə məqsəd və hədəflərin reallaşdırılması istiqamətində fəaliyyətlərin icrasının davam etdirilməsi nəzərdə tutulur.
1 /4
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)