Bütün xəbərlər
21 noyabr, 17:21

"Black" filmini bəziləriniz xatırlayarsınız. Görmə və nitq məhdudiyyətli bir uşağı həyata hazırlayan, onu təhsilin ən yuxarı səviyyəsinə qədər çatdıran bir müəllimin əməyindən bəhs olunur. Şagirdinə əşyaları, dünyanı, insanları görməyin, tanımağın yollarını böyük səbrlə öyrədir. Sonda altsheymer xəstəliyinə düçar olub hər şeyi unudan müəlliminə müəllimlik edən elə həmin şagirdi olur. Filmdə ən çox işlənən bir söz var: "Light", yəni "işıq". İşıqlı dünyanın qaranlığında qalan balaca qızcığaz təhsilin, elmin işığı ilə ayağa qalxır və qaranlıq dünyası bir anda yenidən aydınlanmağa başlayır.

Bu gün ölkəmizdə də görmə məhdudiyyətli uşaqların təhsilin, elmin qapısını aralamaları üçün kifayət qədər müəssisə var. Onlardan biri Naxçıvan Muxtar Respublikasındakı Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdir.

Biz də “Azərbaycan müəllimi” olaraq 2003-cü ildə Naxçıvan MR Təhsil Nazirliyinin tabeliyində yaradılmış bu müəssisəyə üz tutduq. Bir neçə dəfə yerini dəyişən Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəb indi də başqa bir müəssisədə yerləşir.

Görmə məhdudiyyətli uşaqlar üçün elmin açarı bildiyimiz kimi brayl əlifbasıdır. Məktəbdə şagirdlərə ilk olaraq bu əlifba öyrədilir və daha sonra mütəliə bacarıqlarının artırılması istiqamətində məşğələlər keçilir. Bu əlifba ilə bir sıra kitablar çap edilib və həmin vəsaitlərdən istifadə edilərək uşaqlara əlavə bilik və bacarıqlar aşılanır”.

Dərslərdə böyük maraqla iştirak edirlər

Daha sonra xüsusi qayğıya ehtiyacı olan şagirdlərin dərs prosesində iştirak edib, onları yaxından tanımaq fürsətimiz oldu. Uşaqlar böyük həvəslə dərsi dinləyir, müəllimlərinin verdiyi tapşırıqları məsuliyyətlə yerinə yetirirdilər. Burada dərslər səhər saat 9:00-da başlayır və 16:00-a qədər davam edir.

Şagirdlər ibtidai sinfi bitirdikdən sonra valideynlərinin razılığı ilə Bakıdakı Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbinə göndərilirlər.

“Yataqxana binası da tikilsə, yaxşı olardı…”

Valideyn və qəyyumlar muxtar respublikada belə bir məktəbin olmasını müsbət qiymətləndirir və müəllimlərdən razılıq edirlər. Elə hər gün nəvəsi Nərgizi bu məktəbə gətirən Nərgiz nənə kimi... Nərgiz Bağırova deyir ki, tədris yaxşı təşkil olunub, lakin şərait də düzəldilsə, daha yaxşı olardı: “Artıq ikinci ildir ki, nəvəm burada təhsil alır. Mühitə qoşulandan onda çox böyük dəyişikliklər yarandığını müşahidə edirik. Müəllimlərlə, şagirdlərlə ünsiyyətə girməsi bizim üçün böyük bir irəliləyişdir. Nərgizin həm autizm sindromu, həm də gözdən əlilliyi var. Yolumuz uzaq olsa belə hər gün onu aparıb gətirməyi özümə borc bilirəm. Çox şükür ki, hər gün mərhələ-mərhələ daha da irəli gedir. Belə uşaqların yaxınlarına fayda görmüş bir insan kimi bu məktəbi tövsiyə edirəm. İstəyərdim ki, bu məktəbdə şərait daha da yaxşılaşdırılsın, ayrıca bina tikilsin, hətta yataqxana qurulması da yaxşı olardı. Çünki bəzi ailələr var ki, ucqar dağ kəndlərində yaşayır və yolun uzaqlığına görə övladını aparıb-gətirə bilmir”.

Bəli, işıq... Bu uşaqlar üçün bu gün ən vacib şey təhsilin nuru ilə aydınlanmaq və qaranlıq dünyalarını işıqlandırmaqdır. Biz də inanırıq ki, şagirdlər üçün təhsil şəraiti daha da yaxşılaşdırılacaq, təkcə Naxçıvan şəhərində yaşayan deyil, muxtar respublikanın digər rayon, qəsəbə və kəndlərində olan görmə məhdudiyyətli uşaqlar da elmin, təhsilin işığına toplaşa biləcəklər.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.