ADPU ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektor köməkçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Riyad Rüstəmli Özbəkistanın Daşkənd Beynəlxalq Maliyyə İdarəetmə və Texnologiya Universiteti, Daşkənd Dövlət İqtisadiyyat Universiteti və Daşkənd Dövlət Nəqliyyat Universitetində olub.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki,R.Rüstəmlinin Daşkənd Beynəlxalq Maliyyə İdarəetmə və Texnologiya Universitetinin rektoru professor Azizhon Nodirov və Daşkənd Dövlət İqtisadiyyat Universitetinin Beynəlxalq əlaqələr departamentinin müdiri Cəsur Umirzakov ilə keçirdiyi görüşlərdə ADPU-nun sözügedən ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanlarının möhkəmləndirilməsi məsələləri müzakirə edilib. Eyni zamanda, tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatların aparılması, konfrans və seminarların təşkili, akademik proqramların uyğunlaşdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin rektor köməkçisi səfər çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyevlə görüşüb, əməkdaşlıq imkanlarının möhkəmləndirilməsi istiqamətində müzakirə aparılıb.
1 /3
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)