22 noyabr 2024

Bütün xəbərlər
test
22 noyabr, 15:11
11

Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyada təbiət və dəqiq elmlər üzrə PhET interaktiv simulyasiya platformasının Azərbaycan dilinə tərcüməsi və şagirdlər üçün dərnəklərin təşkil edilməsi nəzərdə tutulur. 

Elm və Təhsil Nazirliyindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, bu iş “İnteraktiv simulyasiya platforması üzrə tədris materiallarının tərcüməsi və praktiki məşğələlərin təşkili” adlı layihə çərçivəsində həyata keçiriləcək. 

Layihənin əsas məqsədi PhET platformasındakı kimya, fizika, biologiya, coğrafiya və riyaziyyat dərs materiallarını və praktiki məşğələləri Azərbaycan dilinə tərcümə edərək tədrisə inteqrasiya etməkdir. Bu məqsədlə platforma qurucuları ilə əməkdaşlıq memorandumu imzalanacaq və ölkəmizdə PhET platformasının geniş istifadəsinə dəstək veriləcək.

Layihə çərçivəsində ilkin mərhələdə 5 fənn üzrə müvafiq müəllimlər tərcümə işləri üçün təlimatlandırılacaq və 200 səhifəlik dərs materialı Azərbaycan dilinə uyğunlaşdırılacaq. Tərcümə işləri başa çatdıqdan sonra platformanın Azərbaycan dilində təqdimatı məktəb daxilində təşkil ediləcək və platformadan istifadə təlimatlarını əhatə edən videoçarxlar hazırlanacaq. Daha sonra hər fənn üzrə seçilmiş müəllimlərə praktiki təlimlər keçiriləcək və kimya, biologiya, coğrafiya, fizika və riyaziyyat fənləri üzrə “PhET dərnəkləri” təşkil olunacaq. 7-9-cu siniflərdən 75 şagird cəlb edilərək iki ay müddətində həftədə bir dəfə olmaqla, hər fənn üzrə 8 dərs təşkil ediləcək.

Xatırladaq ki, “İnteraktiv simulyasiya platforması üzrə tədris materiallarının tərcüməsi və praktiki məşğələlərin təşkili” adlı layihə şagirdlərə PhET platformasının interaktiv imkanları ilə dəstəklənən dərs təcrübələrini təqdim edir. 

1 /2

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/22%20November%202024/dc646127-28f4-43ec-aeb1-d940007ff831_hha6IlNXUhd05Nf343MR3WkF0dHtNBLmDW5j1Etk.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/22%20November%202024/ad5194ed-b550-423e-aaf9-350784075cca_F9njYXfJfafoKE8nLEoxCYgQVpKdfvRkbESJeMnb.jpg

Xəbər lenti

22 noyabr, 17:33
20

ADNSU-nun startapları COP29-da təqdim edilib

22 noyabr, 15:20
18

Səfir: Azərbaycan Gürcüstandakı soydaşlarımızın təhsili ilə bağlı təşəbbüslərə dəstək verməyə hazırdır

22 noyabr, 15:17
21

Azərbaycan Universitetinin nümayəndə heyəti Polşanın Krakov İqtisadiyyat Universitetində görüşlər keçirib

22 noyabr, 14:57
18

“Memarlıq və inşaatda enerji və ətraf mühit texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

22 noyabr, 13:35
79

Velosipedin pedallarından enerji istehsal edilir - Gəncə müəllimləri və tələbələrinin birgə layihəsi

22 noyabr, 13:13
38

Dərnəklərin istedadlı məktəbliləri

22 noyabr, 12:09
54

Şagirdlərimi real dünya problemləri ilə üzləşdirirəm -  Abşeronun gənc informatika müəlllimi

22 noyabr, 11:32
23

Pedaqoji Kollecin inklüziv təhsillə bağlı layihəsi 50,000 manat qrant qazanıb

22 noyabr, 10:32
80

Lənkəran Peşə Təhsil Mərkəzi və Malayziya Beynəlxalq Mədəni Ünsiyyət Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

22 noyabr, 10:26
236

Əminağa Sadıqov: Özəl sektor əqli mülkiyyətə investisiya qoysa, daha çox gəlir əldə edər

22 noyabr, 10:22
11

Məktəbin İnkişaf Planı reallaşdırılan ümumi təhsil müəssisələrində metodik görüşlər davam edir

22 noyabr, 09:21
19

“Dayanıqlı İnkişaf Məqsədləri və universitetlər: beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda tədbir keçirilib

22 noyabr, 09:11
15

GDU-da “COP29: Azərbaycanın dünyaya töhfəsi” mövzusunda tədbir keçirilib

21 noyabr, 18:50
43

BMqT nümayəndəsi: “Azərbaycan iqlim savadlılığına dair mühüm təkliflər irəli sürüb” 

21 noyabr, 18:32
56

COP29 çərçivəsində “İqlim fəaliyyəti üçün qızların səlahiyyətləndirilməsi” mövzusunda tədbir keçirilib

21 noyabr, 17:21
71

Qaranlıq dünyalarına işıq gətirən məktəb – REPORTAJ

21 noyabr, 17:19
17

ADPU ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib

21 noyabr, 17:07
8

“Zəfərimiz əbədidir” adlı regional intellektual yarış keçirilib

21 noyabr, 16:55
13

AzMİU-nun rektoru Burkina Fasonun nümayəndə heyəti ilə görüşüb

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.